adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Fevral 2020 15:21
8727
MƏMLƏKƏT

“Developing Digital Youth Work” layihəsinin icrasına başlanılıb

"İrəli” İctimaiBirliyinin təşkilati, Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən XIII qrantmüsabiqəsinin qalibi Nuray Abazərovanın "DevelopingDigital Youth Work”adlı fərdi layihəsinin icrasına başlanılıb.

"İrəli”dən verilən məlumatagörə, layihənin əsas məqsədi gənclərlə iş sahəsində açıq vəyenilikçi təcrübələri dəstəkləmək və gənclərlə çalışan şəxslərə qeyri formal təhsilüzrə digital metod və alətlərin öyrədilməsidir.

Layihənin ilk iki günündə Təlimçi Sadiq Həsənli TOT-Təlimçilik üçün təlim,gənclərlə iş sahəsində sosial medianın rolu, qeyri formal təhsil haqqında layihəiştirakçılarını məlumatlandırıb. Daha sonra Şəfəq Fətullayeva gənclərlə iş üzrəixtisaslaşma və media savadlılığı haqqında fikirlərini layihə iştirakçıları ilə bölüşüb.