adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Avqust 2016 13:15
11553
İQTİSADİYYAT

Devalvasiya təhlükəsi uzaqda deyil – Ekspertlərdən bədbin proqnoz

Bir çox məhsulların da qiymətində artımlarmüşahidə olunmaqdadır. Yeyinti məhsullarının qiymətində təklifin tələbiüstələdiyi ortadadır. Dolların bahalaşması yerli məhsulların satışında da bahalaşmayasəbəb olub. Adalet.az-adaxil olan məlumata görə vətəndaşlar arasında manatı dollara çevirmək istəyənlərinsayında da artım var, lakin bəzi banklar artıq buna limit qoyub. Bu ilin sonunadək Azərbaycanda 3-cü devalvasiyaolacağı da gözlənilir. Bunu ekspertlərdeyir. Hətta peşəkar mütəxəssislər hələ ilin əvvəlində bir neçə bankındevalvasiya şəraitinə qurban gedəcəyi barədə proqnozlar da vermişdi. Bunlar özreallığına qovuşub. Bu yaxınlarda 3 bankın fəaliyyətini donduruldu. Ekspertlərinbu qənaəti doğru çıxdı, növbədə 3-cü devalvasiyanın bu ilin sonuna kimi olacağıda demək ki, qaçılmazdır. Mərkəzi Bankın açıqlamasına görə isə bu barədəyayılan şayiələrin əsası yoxdur. Bankın sədri Elman Rüstəmov son zamanlar Azərbaycan manatının xaricivalyutalar qarşısında möhkəmləndiyini bildirib. Digər tərəfdən, neftin qiymətiilə bağlı dövlət büdcəsinə yenidən baxıldığını deyən sədr neftin qiymətininstabil qaldığını qeyd edib. Hər halda ölkə gündəmində devalvasiyanın sonuncudəfə fevral ayında olduğunu və bir daha bunun təkrar olunmayacağı barədəfikirlər də səslənirdi. Hələ ilin əvvəlində bu yana davam edən nisbi sabitlikmaliyyə bazarında ikitərəfli inanclar yaradır. Bank sisteminin zəifləməsi vəARDNF-ın bankalara tez-tez dollar satması və həmçinin neftin qiymət tərəddüdüdə devalvasiya təlatümün əks etdirən faktorlardır. Hazırkı şəraitdə dəbankların bir çoxunun fəaliyyəti sual altındadır. Ekspertlər hesab edir ki, Xariciborclanmaya gedilmədiyi halda bu proses baş verə bilər.

Qeydedək ki, qarşıdakı illərdə Azərbaycan manatının orta illik məzənnəsi açıqlanıb.Hökumət açıqlamasında qarşıdakı 4 ildə Azərbaycan manatının dollar və avroyanisbətdə orta illik məzənnəsinin sabit qalacağını bildirib. Amma bu proqnozlarölkədə iqtisadi prosesləri izləyən bəzi beynəlxalq maliyyə qurumlarınınfikirləri ilə heç də üst-üstə düşmür. Məsələn, Asiya İnkişaf Bankı hesab edirki, Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin ucuzlaşmasımanatın növbəti devalvasiyasına səbəb ola bilər. "Azərbaycanın xaricivalyuta ehtiyatlarının azalması və neftin ucuzlaşması manatın növbətidevalvasiyasına səbəb ola bilər, əgər indiki trend qarşıdakı aylarda da davamedərsə". Bu, Asiya İnkişaf Bankının gözləntisidir. Bankın "AsianDevelopment Outlook 2015 Update" adlı hesabatında bildirilir ki,Azərbaycanın bank sektorundakı dollarlaşma ən çox narahatlıq doğuran amildir.Ekspertlərin bildirdiyinə görə isə manatın məzənnəsi dünya bazarlarındakıneftin qiymətindən birbaşa asılıdır. Maliyyə Nazirliyinin pessimistssenarisində olduğu kimi neftin dünya bazarlarındakı qiymətinin 40 dollarolması birmənalı şəkildə manata təzyiqi artırır və milli valyutanındəyərsizləşməsinə gətirib çıxarır. Azərbaycanda "üzən məzənnə"rejiminin tətbiqi heç də yaxşı hal deyildi. Hökumət və Mərkəzi Bank tərəfindənlazımi tədbirlər görülməzsə, 3-cü devalvasiya qaçılmaz olacaq. Ötən ilin 21dekabrında baş verən devalvasiya həddindən artıq böyük faizlə ifadə olundu.Ümumilikdə manatın məzənnəsi son iki ildə iki dəfə aşağı düşüb. Neftinqiymətinin aşağı həddə qalması 3-cü devalvasiyanı gündəmə gətirir. Neftinqiymətinin aşağı düşməsi fonunda son bir ildə ölkəyə daxil olan valyutanınhəcmi də 3 dəfə azalıb. "Üzən məzənnə" rejiminə keçməsinə baxmayaraq,Mərkəzi Bank hər gün bazardadır. Mərkəzi Bankın bazarda olması və daim dollartəklif etməsi ondan xəbər verir ki, "üzən məzənnə" rejimini tamolaraq tətbiq etmək mümkün deyil. Bu isə dollara tələbin yüksəlməsilə bağlıdır.Devalvasiya bütünlükdə ölkə iqtisadiyyatına zərbə vurur. Buna baxmayaraq,Mərkəzi Bank devalvasiya ilə az dollarla çox həcmdə manatı dövriyyədən çıxarır.Məsələn, 21 fevral devalvasiyasından sonra Mərkəzi Bank 1 milyon dollarmüqabilində 1 milyon 50 min manat götürürdüsə, hazırda bazara 1 milyon dollartəklif edəndə 1 milyon 600 mindən artıq manat çıxarır. Bu da təbii ki, MərkəziBanka dollarlaşma və daha çox manatın bazardan çıxarılması üçün əlverişlidir.Amma devalvasiya dollara tələbi artırır və Mərkəzi Bankın valyutaehtiyatlarının azalmasına gətirib çıxarır. Nəzərə alsaq ki, Dövlət NeftFondunun gəlirləri dollar, ödənişləri manatladır, devalvasiya fonda qənaətedilməsinə imkan yaradır. Bütün hallarda devalvasiya arzuolunan deyil, ammavalyuta azaldıqca devalvasiya qaçılmaz hal alır".

Əgər 3-cü devalvasiya baş versə...

İqtisadçılarüçüncü devalvasiyanın Azərbaycanda bank sistemini tamamilə çökdürəcəyinibildirib: "Manatın dollara nisbətən məzənnəsinin 50 faiz aşağı salınmasıilə bağlı Mərkəzi Bankın son addımı Bakıda və eləcə də rayonlarda uzun illərdənsonra yenidən "qara bazar" formalaşdırdı. Üzən valyuta siyasətinəkeçdiyini bəyan edərək devalvasiyaya gedən Mərkəzi Bankın manatı kəskindəyərsizləşdirməsi milli valyutaya olan inamın tamamilə sarsılmasına səbəbolub. Vətəndaşlar manatın yeni və daha kəskin devalvasiyasından ehtiyatlanaraqəllərindəki pullarını kütləvi şəkildə dollara dəyişməyə çalışırlar. Bakıda heçdə bütün valyutadəyişmə məntəqələri işlərini bərpa etməyib. Mərkəzi Bankınintervensiya xərcləri göstərir ki, ikinci devalvasiya dollara olan tələbiazaltmayıb. Üçüncü devalvasiyanın baş verməsi isə yumşaq desək, bank sektorununçökməsinə gətirib çıxara bilər. İndiki halda ən məqbul yol xarici borclanmağagetməklə Mərkəzi Bankın dollara tələbini qarşılamaq və manatın siterilizasiyasıhesabına dollarlaşma prosesini başa çatdırmaqdır". Ekspertlər hesab edirki, növbəti devalvasiyadan qaçmaq üçün mütləq xarici borclanmaya gedilməlidir:"Nəzərə alaq ki, hazırda Azərbaycanın xarici borcu 6,7 milyard dollardır.Bu, Ümumi Daxili Məhsulun (ÜDM) 19 faizini təşkil edir. Ölkənin əlavə olaraq 10milyard dollara yaxın borc cəlb etmək limiti var. Paralel olaraq islahatlarınsürətlənməsi, qeyri-neft sektorunun ixrac potensialının artırılması vacibdir.Mərkəzi Bankın valyuta ehtiyatlarının 3 milyarda düşdüyünü nəzərə alsaq, xariciborclanmaya gedilmədiyi halda 3-cü devalvasiya baş verəcək. Devalvasiyanınhansı faizdə olacağını söyləmək isə çətindir. Çünki devalvasiya faizini MərkəziBank müəyyənləşdirir. Amma növbəti devalvasiya banklar və biznes üçün heç birhalda arzuolunan deyil. Bu, bank fəaliyyəti və biznes imkanlarını daraldacaq.Ona görə də Mərkəzi Bank və hökumət qeyd edilən variantlardan istifadə edərək3-cü devalvasiyanın qarşısını ala bilər".

Dolların manatı daha da üstələyəcəyi barədəpessimist devalvasiya açıqlamaları verən ekspertlər bunun qarşısını almaq üçündövlət maliyyə orqanlarına müxtəlif təkliflər irəli sürdüyü məlumdur. Lakin vəziyyətin heç də acınacaqlı olmadığınıvurğulayan millət vəkili Vahid Əhmədovun fikrincə, son günlərdə SəudiyyəƏrəbistanı ilə İran arasında yaşanan siyasi böhran da neftin qiymətinə önəmlitəsir göstərməyəcək.

Milli valyutamızın dəyəri ilə bağlı məsələyəgəldikdə, V.Əhmədov bildirdi ki, artıq 2015-ci ildə iki dəfə devalvasiya başverib və üçüncü devalvasiya birbaşa neftdən asılıdır: "Yəni neftinqiymətində enmələr baş verərsə, devalvasiya mümkündür. Yox əgər neftinqiymətində azalmalar olmasa, artmalar olarsa, ola bilər devalvasiyaolmasın".

İqtisadçı ekspert Vüqar Bayramov isə deyib ki,neftin bazar qiyməti birbaşa dünya bazarına çıxarılan neftin həcmindənasılıdır: "Nəzərə alsaq ki, gündəlik istehlak 94 milyon bareldir, ammadünya bazarına hər gün 97 milyon bareldən artıq neft çıxarılır. Neft 40dollardan aşağı olduqda Maliyyə Nazirliyinin hazırladığı pessimist ssenari üzrəhökumət öz fəaliyyətini qurmalıdır".

Ekspertin sözlərinə görə, 2016-cı ildə dünyabazarında neftin qiyməti 40 dollar və daha az olarsa, bu, tədiyyə balansınatəsir göstərəcək: "Bu, Mərkəzi Bankın yenidən 2016-cı ildə devalvasiyaya gedəcəyindənxəbər verir. Çünki Mərkəzi Bankın rezervləri də artıq 1 milyard dollara qədərazalıb. Amma hansı hallarda Mərkəzi Bank, bütövlükdə hökumət devalvasiyadanyayına bilər? Nəzərə alsaq ki, ölkənin xarici borcu hazırda 7,6 milyarddollardır, bu, ümumi daxili məhsulun 20 faizi deməkdir. Bu baxımdan hazırdamövcud borc sistemini nəzərə alsaq, Azərbaycan hökumətinin əlavə 10 milyard dollarborc alma imkanları var".

V.Bayramov hesab edir ki, bu addım imkan verəcəkki, cari tələbi xarici borclar hesabına ödəmək mümkün olsun: "Hansı ki,bir sıra inkişaf etməkdə olan ölkələr bu praktikadan istifadə ediblər. Eynizamanda, xarici borclar cari tələbi ödəyəcək. Bu da imkan verəcək ki,devalvasiyadan qaçmaq mümkün olsun və ölkədə olan valyutanın həcmini artırmaqmümkün olsun. Eyni zamanda, xüsusən xarici ticarət daxil olmaqla,iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması ilə nəticələnən genişislahatların aparılmasına ehtiyac var. Çünki islahatlar strateji baxımdanölkəyə valyutanın daxil olmasına imkan yaradacaq. Xüsusən monopoliyanın aradanqaldırılması imkan verəcək ki, ölkəyə daxil olan idxal məhsullarınınqiymətlərində azalmalar olsun. Qiymətlər aşağı düşsün. Bu həm də kiçik və ortasahibkarlığın inkişafını stimmullaşdıracaq".

İqtisadçı Ekspert Nazim Bəydəmirlibildirib ki, bankların ABŞdollarının satışını məhdudlaşdırmaları bu valyutaya olan tələbatın artmasınıngöstəricisidir:

"Mərkəzi Bankdan sonraNeft Fondunun da valyuta hərracına çıxardığı vəsait tələbatı ödəmədiyindən,belə vəziyyət yaranır. Eyni zamanda, əhali də manatın ucuzlaşmasındansığortalanmaq üçün əlində olan manatı dollara çevirməyi lazım bilir. Dollarqıtlığını sadəcə, idxal əməliyyatları ilə bağlamaq doğru olmazdı. Etiraf edəkki, ümumiyyətlə, ölkədən kapital axını sürətlənib. Bu da son nəticədə valyutabazarında gərginliyə gətirib çıxarır”.

Nazim Bəydəmirli ElmanRüstəmovun devalvasiyanın olmayacağı ilə bağlı fkirlərinə də münasibər bildirib:Devalvasiya dedikdə Elman Rüstəmov 2-3 dəfə manatın ucuzlaşmasınınəzərdə tutursa bu fikirlə razılaşmaq olar. Ancaq manatın dollara nisbətəndəyər itirməsi qaçılmazdır”.

Qeyd edək ki, 2015-ci il dekabrın 21-dən MərkəziBank üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bu qərardan sonradolların manata qarşı rəsmi məzənnəsi 1,62 manat səviyyəsində qərarlaşıb.

Rüfət Soltan