Dərslər Formula 1-ə görə gec başlayacaq? -Rəsmi açıqlama

Formula 1 yarışları ilə əlaqədar məktəblərdə tədrisin sentyabrın 21-dən etibarən başlayacağı ilə bağlı fikirlər səsləndirilir.
Elm və Təhsil Nazirliyindən Adalet.az-a bildirilib ki, 2025-2026-cı tədris ilinin başlamasına təsadüf edən Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.
“Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı Formula 1 Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”, - açıqlamada qeyd olunub.
Digər Xəbərlər

MİQ üzrə müsahibədən keçməyən müəllimlərin NƏZƏRİNƏ!

Ən yüksək keçid balını o topladı - Ölkə rekordunu yenilədi

Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edildi

Tələbə krediti ilə bağlı müraciətlərin vaxtı açıqlandı

Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu

I sinfə qəbulla bağlı 39 minə yaxın sorğu yerləşdirilib
