Dərsində şagirdlərin tərbiyəsizlik etdiyi müəllim CƏZALANDIRILDI - YENİLƏNİB + VİDEO
“Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib”.
Bu barədə Oxu.Az-a 165 nömrəli tam orta məktəbdən məlumat verilib.
Bildirilib ki, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib:
“Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir:
“Tədris prosesinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
14:12
Ötən gün sosial şəbəkədə şagirdlərin dərs vaxtı qeyri-etik hərəkətlər etməsi ilə bağlı yayılan videonun Bakının Xətai rayonu 165 saylı tam orta məktəbdə çəkildiyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, görüntülərdə müəllimə qarşı hörmətsiz davranışlara yol verən üç nəfər 9-cu sinif şagirdi polis tərəfindən profilaktik uçota götürülüb. Onlar polisə çağırılaraq, izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik edərək ayaqlarını partaların üstünə qaldırması və digər xoşagəlməz hərəkətlərə yol verməsi əks olunan videogörüntü yayılıb. Yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Digər Xəbərlər
05 Mart 2026 12:27
Dron hücumuna görə yaxınlıqdakı məktəblərdə tədris dayandırılıb - RƏSMİ
05 Mart 2026 12:26
Bu müəllimlərin imtahanı iki mərhələdən ibarət olacaq?
04 Mart 2026 17:50
Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib
04 Mart 2026 12:52
Azərbaycan dili imtahanının nəticələri elan olundu
04 Mart 2026 10:23
Buraxılış imtahanlarında 58 mindən çox şagird iştirak edəcək
04 Mart 2026 10:06
Nazirdən direktorlara tövsiyə: tədrisin keyfiyyətini...
02 Mart 2026 16:19
Naxçıvanda 7 məktəbin direktor vəzifəsi boşdur
02 Mart 2026 10:03


Bakı -°C

