Dərman preparatlarının ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn "Mercedes Benz Travego 17 SHD" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı o, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı onun idarə etdiyi avtomobilin salonunda gömrük orqanlarına bəyan olunmamış müxtəlif adda 930 kapsul dərman preparatları, 4 ədəd üzərində "Smart connect", 5 ədəd "Upi watch" yazısı olan qol saatları, müxtəlif kosmetik əşyalar və sənaye malları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
03 May 2024 17:31
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 12:45Ağdamın bu kəndlərinə köç ilin sonuna qədər başlayacaq
03 May 2024 12:05