“Dərhal xərcləri azaltmamalıyıq” - Büdcəni gözləyən risklər
"Yeni büdcə qaydamız neftdən asılılığın azaldılmasına yönəlib. Yəni, neft qiymətləri aşağı düşdükdə, biz dərhal xərcləri azaltmamalıyıq. Çünki bu ikinci zərbə kimi endirilmiş olacaq"
Bunu Milli Məclisdə Azərbaycanın 2019-cu il büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib. Nazir bildirib ki, yeni büdcə qaydasına riayət etsək, özümüzü təhdidlərdən qorumuş olacağıq. Belə ki, iqtisadi siyasətimizi həyata keçirməkdə diqqətli olmalıyıq.
S.Şərifov qeyd edib ki, Dövlət Neft Fondundan büdcəyə transfert tədiyyə balansının, valyuta bazarının tənzimlənməsində böyük rola malikdir.
"Fond valyuta bazarına müyyən səviyyədə vəsait çıxarmalıdır ki, bazarda xarici valyutaya tələbat tam və dolğun təmin olunsun. Bu məsləni də nəzərdən qaçırmamalıyıq. Belə ki, transfert dövlətin xərclərinin orta və uzunmüddətli intizamlı həyata keçirilməsinə xidmət edirsə, digər tərəfdən böyük həcmdə xarici valyutanın bazara çıxarılmasının qaşısını almalı və eyni zamanda, həmin optimal səviyyəni qarşılamalıdır".
Bundan başqa, nazir gəlirlərlə bağlı risk faktorlarını sadalayıb: "Yeganə risk faktoru digər neft gəlirlərindən əldə ediləcək daxilomalarımız ola bilər. Söhbət mənfəət vergisindən gedir. Bunun da ödəyiciləri SOCAR-dır. SOCAR-ın isə xarici valyutada daxilolmaları o qədər yüksək deyil. Əvvəl daha çox xam nefti, neft məhsullarını xarici bazarlara yönəldirdisə, hazırda daxili istehlakımız kifayət qədər yüksək sürətlə atrır. Nəticə etibari ilə daxili bazarda məhsullarını satır. Daxili bazarda isə vergilərimiz Vergilər Nazirliyi tərəfindəın müvafiq qaydada yığılacaq".
O qeyd edib ki, digər risk neftin qiymətinin azaldığı təqdirdə beynəlxalq konsorsiumlar tərəfindən ödənilən mənfəət vergisinin azalması ola bilər.
"Biz də bunu əhəmiyyətli risk kimi qiymətləndirmirik.",- deyə nazir qeyd edib.
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17