Deputatlığa namizədliyin qeydə alınması üçün müddəti başa çatdı - YENİLƏNİB
Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatıb.
Adalet.az-ın xəbərinə görə, prosesə 18:00-da yekun vurulub.
Qeyd edək ki, deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsinə iyulun 13-dən başlanılmışdı.
Xatırladaq ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
***
Bu gün növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.
Adalet.az xəbər verir ki, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.
Qeyd edək ki, Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 13-dən 2024-cü il avqustun 2-si saat 18:00-dək olan dövrü əhatə edir.
Digər Xəbərlər
24 Sentyabr 2026 21:00
Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub
24 Sentyabr 2026 20:38
Əli Əsədov nazirləri TOPLADI - FOTOLAR
24 Sentyabr 2026 20:10
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bildirdi
24 Sentyabr 2026 19:01
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
24 Sentyabr 2026 18:41
Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı - Səbəbi açıqlandı
24 Sentyabr 2026 17:56
Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü
24 Sentyabr 2026 17:39
Azərbaycan və Sent-Vinsent və Qrenadin arasında protokol imzalanıb
24 Sentyabr 2026 17:12


Bakı -°C

