Deputatların aylıq pensiya əlavəsi vəzifəyə görə müəyyən ediləcək
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluqçularına aylıq pensiya əlavəsinin məbləği inzibati təsnifat üzrə siyasi vəzifəli şəxslər, deputatlar, Mərkəzi Seçki Komissiyasının üzvləri, ombudsman, Hesablama Palatasının üzvlərinə və diplomatik xidmət əməkdaşlarına konkret vəzifələr üzrə müəyyən ediləcək. Bu şəxslərlə bağlı pensiya təyinatı sistemi əhəmiyyətli dərəcədə sadələşir, onların pensiyalarının elektron qaydada, hər hansı ünvana getmədən, qısa vaxtda təyin olunmasına imkan yaranır.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər
16 Oktyabr 2026 12:03
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
16 Oktyabr 2026 11:55
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılır
16 Oktyabr 2026 11:45
Bu bələdiyyələrin adı dəyişdirilir
16 Oktyabr 2026 11:26
Azərbaycanda hərbçilərin maaşı artır
16 Oktyabr 2026 11:25
Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək
16 Oktyabr 2026 11:20
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək
16 Oktyabr 2026 11:19
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti ilə bağlı - Yeni qayda
16 Oktyabr 2026 11:19


Bakı -°C

