Deputatlar tətildən qayıdır - Komitə iclasları başlayır

Sabahdan Milli Məclisin deputatları tətildən qayıdır və komitə iclaslarının keçirilməsinə başlanılır.
Adalet.az xəbər verir ki, yaz sessiyası üzrə ilk komitə iclası yanvarın 16-na təyin edilib.
Parlamentin Mədəniyyət komitəsinin yanvarın 16-da keçiriləcək iclasının gündəliyi aşağıdakı kimi müəyyənləşib:
1. Mədəniyyət komitəsində 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat.
2. Mədəniyyət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi.
3. “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu da o deməkdir ki, qanunverici orqanın yaz sessiyasında ilk plenar iclası fevralın 3-nə təsadüf edəcək.
Digər Xəbərlər
25 Oktyabr 2025 12:37 QUBADLININ AZAD EDİLMƏSİ MÜHARİBƏNİN DÖNÜŞ NÖQTƏSİ OLDU
25 Oktyabr 2025 11:45 “Ədalətdən danışan dünyanın bir çox ölkələri buna göz yumsa da...”
25 Oktyabr 2025 11:34 TÜRKPA Baş katibi Cevdet Yılmaz və Dövlet Baxçalı ilə görüşüb
25 Oktyabr 2025 11:09 

Bakı -°C 










