adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Iyun 2019 15:14
25290
SİYASƏT

Deputatlar 48 məsələyə görə növbədənkənar iclasa TOPLANACAQ

Milli Məclisin növbədənkənar iclaslarının gündəliyi açıqlanıb.

Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, gündəliyə 48 məsələ daxildir:

"Milli Məclisin növbəti növbədənkənar iclasları iyunun 27-si və 28-də ardıcıl olaraq keçirləcək. Hər iki iclasa ümumilikdə 48 məsələ daxil edilib.

"Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi 3-cü oxunuşda, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi birinci oxunuşda, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanunda, "Məhkəmələr və hakimlər haqqında”, Vergi Məcəlləsində, "Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik nəzərdə tutulub”.

Mətbuat katibi bildirib ki, bir sıra qanunlara da dəyişiklik nəzərdə tutulub.