Deputatın yaşadığı binanı əxlaqsızlıq yuvasına çeviriblər: “Buna çarə qılınsın!”
"Hamı sözünü deputata deyir, bəs deputat üzləşdiyi problemi kimə deməlidir? Bu gün mənim yaşadığım binanın yarısını kimlərsə hostelə çevirməklə, orada insan alveri, əxlaqsızlıq yuvaları yaradır”.
Bunu deputat Tahir Kərimli parlamentin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, çoxmənzilli binaların müəyyən qisminin hostellərə çevrilməsi gerçəkləşib.
"İndi biz bunun acı nəticəsini yaşamaqdayıq. Bununla da olan-qalan abrımızı itiririk. Müraciət etmədiyimiz yer qalmayıb. Nəticəsi yoxdur. Odur ki, binanın sakinləri oradan köçmək məcburiyyətindədir. Buna bir çarə qılınsın və qarşısı alınsın. Hostellər üçün ayrıca girişlər olmalıdır”.
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36