“Deputat yüz ölçüb, bir danışmalıdır”
Adalet.az xəbər verir ki, bunu AzNews.az-a Milli Məclisin üzvü Nizami Cəfərov bu gün parlamentdə spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında baş verən qalmaqala münasibət bildirərkən deyib. O, bu məsələdə həmkarını suçlayıb:"Mən hiss etdim ki, Zahid Oruc həmişə olduğu kimi bu dəfə də cavanlıq elədi. Bu, bütün dünya parlamentlərində baş verir. Heç vaxt eşitməmişəm ki, sədr təhqiramiz söz işlətsin. Mümkün qədər çalışır ki, hər şey təmkinlə olsun. Tək Zahid Oruc deyil, elə biz də görürsən ki, hərdən mətləbdən uzaqlaşırıq. Sədr də məcbur olub sözümüzü kəsir. Parlamentdə müəyyən adamlar var ki, özünü göstərmək istəyir. Mahiyyətdən, intellektdən kənara çıxanda sədr əlbəttə ki, sözü kəsməlidir. Bəzən bizdə belə bir iddia var ki, millət vəkiliyəm, danışmağa hüququm var. Belə çıxır ki, sən nə istəsən danışmalısan, camaat sənə qulaq asmalıdır? Müəyyən qaydalar var ki, ondan kənara çıxa bilməzsən. Zahid Oruc intellektli və məlumatlı şəxsdir. Amma gözləmək lazımdır, elə harda gəldi, hər şeydən danışmaq olmaz”.
N.Cəfərov hesab edir ki, O.Əsədov iclası həmişəki kimi çox yüksək səviyyədə aparıb:"Ümumi şəkildə hiss etdim ki, Zahid Oruc bir az çox danışdı. Belə hallar olur. Zahid müəllimdə o xüsusiyyətlər var. Bu da onun xarakteridir. Amma sədrin də Milli Məclisin nizamnaməsinə görə hüquqları var. Deputat yüz ölçüb bir danışmalıdır. Çünki burada danışılan söz kənara çıxır, müxtəlif cür müzakirə aparılır, səhv nəticələr çıxardılır”.
Sədrin Zahid Orucun ünvanına işlətdiyi "səviyyəsiz” sözünə gəlincə, N.Cəfərov belə deyib:"Görünür, deyilən sözün qarşılığında işlədilib. Amma indi Oqtay müəllim sədrdir, ağsaqqal adamdır. Lap axırda əsəbiləşib deyə bilər. Mən düzü bunu eşitmədim. Güman eləmirəm ki, sədr təhqiramiz söz desin. Ümumiyyətlə, sədrin təbiətində, xarakterində belə hərəkət yoxdur”.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19