Deputat yaş məsələsini soruşdu, spiker cavab verdi
"Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 45 yaşı tamam olduğu andan xitam verilməlidir. Bununla əlaqədar müraciətlər çoxdur, sosial şəbəkələrdə də müzakirələr aparılıb”
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. Deputat 35 yaşla bağlı məsələyə aydınlıq gətirilməsini istəyib.
Milli Məclisin sədri Oqtay Əsədov V.Əhmədova cavab olaraq bildirib ki, dünyanın hər yerində yaş həddi qoyulur: "Elə ölkələr var ki 28, elə ölkələr də var ki 35 yaş müəyyən edir”.
Qeyd edək ki, qanuna edilən dəyişikliklə gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilib. Qanuna əlavə edilən 9-1-ci (Gənclər təşkilatları) maddəsinə əsasən, gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi, həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədilə 16 yaşdan 35 yaşınadək olan fiziki şəxslər tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır.
Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir. Gənclər təşkilatına üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi şərtləri və qaydası gənclər təşkilatının nizamnaməsi ilə müəyyən edilir.
Digər Xəbərlər
03 May 2024 17:31
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 12:45Ağdamın bu kəndlərinə köç ilin sonuna qədər başlayacaq
03 May 2024 12:05