adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Yanvar 2022 12:10
590
SİYASƏT

Deputat Sukiasyan sərsəmlədi: Qarabağda “Şimali Kipr” nümunəsi yaratmaq...

“Baş nazir Nikol Paşinyan bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bildirdi ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir”.

 

Adalet.az SputnikArmenia saytına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında hakim Vətəndaş Müqaviləsi partiyasından olan deputat, biznesmen Xaçatur Sukiasyan deyib. O, bu faktı Ermənistanın əvvəlki hakimiyyətinin diplomatiyasının artıq düzəlməsi mümkün olmayan uğursuzluğu kimi şərh edib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda azərbaycanlı əhalini ermənilərdən ayıraraq, dəqiq demarkasiya xəttini çəkərək, məsələnin həllində Kipr variantından istifadə etmək mümkündür. Sukiasyan bildirib ki, bu, 1974-cü ildən Türkiyənin işğalı altında olan Şimali Kiprin adanın yunan hissəsindən ayrılmasına bənzər variantdır:

“Dağlıq Qarabağ məsələsində də belə etmək olar. Azərbaycanlılar ərazinin bir hissəsində, Artsax erməniləri isə başqa bir hissəsində yaşaya bilər. Zənnimcə, beynəlxalq ictimaiyyət ermənilərlə azərbaycanlıların eyni ərazidə, eyni şəhər və ya kənddə yaşamamasına çalışır. Hesab edirəm ki, belə bir qərar münaqişənin gələcək həllini xeyli asanlaşdırar” - deyə deputat bildirib.

Qeyd edək ki, söhbət Kipr adasının şimalında yerləşən de-fakto dövlət olan Şimali Kipr Respublikasından gedir. Kipr adasında irqi ayrı seçkilik zəminində yunanlar tərəfindən qətl edilən türkləri qorumağa gələn Türkiyə Silahlı Qüvvələri 1974-cü ildə adaya daxil oldu və o vaxtdan bəri on minlərlə türk əsgəri adadır. Onların müdafiə etdiyi türk icması adanın şimalında Şimali Kipr Türk Respublikası yaradıb. Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır və adanın ən böyük şəhəri olan Nikosiyanı iki hissəyə bölür.

P.S. Görünən odur ki, ya bu ermənilər həddən artıq axmaq, əclaf və həyasızdırlar, ya biz onlara gücümüzü kifayət qədər göstərə bilməmişik. Amma birinci variant daha ağlabatandır. Yadınızdadırsa, Quql axtarış sistemi erməniləri dünyanın ən alçaq xalqı kimi tanımışdı. Sözügedən axtarış sisteminə rus dilində “caмый подлый народ в мире” yazdıqda erməni xalqı və Ermənistan barədə məlumat gəlir. Quqla inglis dilində dünyanın ən acıqlı ölkəsi (angriest country) yazdıqda da Ermənistan haqqında məlumat çıxır. Elə dünyanın dahi, mütəfəkkirləri də ermənilər haqqında xoş sözlər deməyib.

 

Əntiqə Rəşid