Deputat Bakıya giriş-çıxışın bağlanması təklifinə qarşı çıxdı, həmkarını qınadı
"Milli Məclisin beşinci çağırışında bizi arxayın etdilər ki, Rəqabət Məcəlləsi hazırdır”.
Oxu.Az-ın məlumatına görə, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.
O bildirib ki, Rəqabət Məcəlləsi altıncı çağırış parlamentin gündəliyinə salınmalıdır.
"Rəqabət Məcəlləsi qəbul edilsə, sahibkarlıq daha da inkişaf edər. Ancaq görünür ki, bəzi məmurlar Rəqabət Məcəlləsinin qəbul edilməsinə qarşıdır”, - deyə V.Əhmədov bildirib.
Deputat Azərbaycanda koronavirusla bağlı vəziyyətə də toxunub.
"Deputat Fazil Mustafa təklif edir ki, Bakıya giriş-çıxış bağlansın. Bu nə deməkdir? Bakıya gündəlik kənd təsərrüfatı məhsulları bölgələrdən gəlir”, - deyə V.Əhmədov söyləyib.
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52