Depressiyanın möcüzəvi qənimi...
Massaçusets-Louell universitetinin alimləri aydınlaşdırıblar ki, müntəzəm olaraq omeqa-3 doymamış yağ turşularından istifadə stress səviyyəsini xeyli azaltmağa imkan verir.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə universitetin saytında dərc olunmuş tədqiqatda deyilir.
Mütəxəssislərin sözlərinə görə, omeqa-3 uzun müddət güclü sakitləşdirici effektə malikdir və ağır depressiyaların inkişafından qaçmağa imkan verir. Tədqiqatçılar inandırırlar ki, doymamış yağ turşuları uşaqlarda da təcavüzkarlığı azaltmağa kömək edir.
Bundan başqa, tədqiqatlar zamanı omeqa-3 turşusunun başqa mühüm xüsusiyyəti də aşkar olunub. Məlum olub ki, bu turşu beyin fəaliyyətini yaxşılaşdırmağa imkan verir və illər boyu itirilmiş diqqəti və yaddaşı bərpa etməyə kömək edir. Qeyd edilir ki, omeqa-3-ün ən yaxşı mənbələrindən biri də dəniz məhsulları və günəbaxan tumlarıdır.
Xatırladaq ki, İlinois ştatı Universitetinin alimləri iyulda müəyyən ediblər ki, omeqa-3 yağ turşuları xərçəngin əmələ gəlməsinin, inkişafının və şaxələnməsinin qarşısını alır.
Digər Xəbərlər
05 May 2024 15:30
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
04 May 2024 15:56Bakıda “2-ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçirilir
03 May 2024 16:07Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18