Demokratlar həyəcan təbili çalırlar
ABŞ Senatının Demokrat partiyasından olan konqresmenləri Qriqori Miks, Adam Smit və Cim Xayms prezident Donald Trampı təcili olaraq Rusiya ilə, strateji hücum silahları ilə bağlı Müaviləni hüquqi cəhətdən yeniləmək üçün danışıqlara başlamağa çağırıb.
Konqressmenlərin Nümayəndələr palatasının saytında dərc olunan məktubunda qeyd olunur ki, fevralın 5-də müddəti başa çatan əvvəlki müqavilə ideal olmasa da, nüvə silahlanmasının aarşısını alırdı.
ABŞ prezidenti Donald Tramp isə, müqavilənin müddətinin uzadılmasını məqbul saymayaraq, Rusiya Federasiyası ilə yeni müqavilənin hazırlanmasını təklif edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, əgər Vsşinqtondan bununla bağlı hər hansı bir təklif olunarsa, Moskva dialoqa hazır olacaq.
Rüstəm Hacıyev
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

