adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Iyul 2018 15:16
12156
GÜNDƏM

DEMƏSİNLƏR MƏMMƏD KİŞİ DƏ HEÇ TƏKLİF VERMƏDİ

Sovetlərdönəmi, rəhmətllik Muradxan Cabbarov Laçınınbirinci katibidi. Mərkəzi Komitəninməsul bir işçisi Laçına gəlib. Cabbarovonu götürüb gedir ucqar bir kəndə. Camaata deyir ki, bu yoldaş Mərkəzi Komitənin məsul işçisidi, kəndin nə problemi var, deyin,həll edəcək. Başlayırlar problemləri deməyə.MK-nın işçisi də hamısını yazır. Kəndin ağsaqqalı Məmməd kişi də bir kənarda oturub demisin tüstülədir. İclas qurtarır, Məmməd kişi də söz alır.

-Mənim də bir təklifim var. Bizim kənddə məktəbyoxdu , uşaqlar iki kilometr aralıdakıkəndin məktəbinə gedirlər. Bunun qışı var, yağışı var, qarı var,uşaqlar çox əziyyət çəkir. Xahiş edirəm, bizim kənddən o kəndə qədər yolun üstünü talvar eləsinlər ki, uşaqlar pala-palçığa batmasın, yağış yağanda yağışa düşməsin.

Muradxanmüəllim deyir:

-Məmməd kişi, elə təklif ver ki, onu həyatakeçirmək mümkün olsun da.

Məmmədkişi:

-Cabbarov, dedim bir təklif də mən eləyim, deməsinlər ki, ağsaqqal bir təklif də eləmədi. Guya o biri yazdıqların eləyəcəklər ki?

İndideyirəm, bir təklif də biz edək də, sonrademəsinlər ki, niyə bir təklif də etmədilər.

Füzulidə su elektrik stansiyası var, açılışında da MöhtərəmPrezident şəxsən iştirak edib. Elektrik stansiyasının gücünü dəqiqbilmirəm, amma hər halda enerjisi cəbhə xəttindəki Füzuliyə və Beyləqana çatar. Amma o elektrik stansiyasıistehsal elədiyi enerjinibüküb-bükmələyib göndərir 200 kilometrlikdəki Mingəçevirə və ordan təzədən büküb-bükmələyib göndərirlər Füzuliyə. Elə ola bilməzmi ki, həminstansiya öz enerjisini öz bölgəsində paylasın?! Azərbaycanda belə su elektrik stansiyaları və istilik elektrik stansiyalarıçoxdur. Əgər düzgün və vaxtında planlaşdırmaaparılsaydı, ölkə də həmin gecə şamu-qəriban olmazdı.

Ammaadamın üstündə Allah var, mən bu sahənin mütəxəssisi deyiləm, ola bilsin ki, səhv edirəm,amma «Azərenerji»dən bir açıqlama gözləyirəm.