adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Avqust 2017 15:14
11807
MƏMLƏKƏT

DƏHŞƏTLİ FACİƏNİN BİR UCUNU HEYDƏROVA YÖNLƏNDİRƏNLƏR KİMLƏRDİ?

Xüsusiqruplar var həm saytlarda, həm də sosial şəbəkələrdə çox fəaldırlar. Bu qruplarda kimlər tərəfindənsə həm maliyyələşir, həm də idarə olunur. Kimlər deyəndə təbiiki, mən, sən yox, əlində maliyyəsi və iqtidarı olanlar tərəfindən.

Məlumdəhşətli avtomobil qəzası. Hələ nəyin nəolduğu, kimin kim olduğu bilinmir. Saytlar və sosial şəbəkələr dağılır. Dərhal qəzanın bir ucu fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfə yönləndirilir. Guya «Mazda»nın sürücüsü nazirin qardaşı Səməd Heydərov olub.Böyük-böyük qruplar qılıncını çəkib K.Heydərovunüzərinə. Nələr-nələr yazırlar.

Hüquq-mühafizəorqanları qısa bir zamanda «Mazda»nın sürücüsünün kim olduğunu aydınlaşdırır. «Maqa»ləqəbli bir uşaq.

Dayanmaqyox, yola davam. İkinci bir taktikaişə düşür. Həmin «Maqa» Fövqəladə Hallar Akademiyasını bitirib və Fövqəladə Hallar Nazirliyində çalışır. Filmdədeyildiyi kimi, yenə həmin dalğa, həmin koordinat, yenə həmin hücumlar.

FövqəladəHallar Nazirliyi rəsmi açıqlama yayır ki,həmin şəxs Akademiyaya müsahibədən keçməyib və Akademiyaya qəbul olunmayıb və heçvaxt FHN-in heç bir qurumlarında işləməyib. Xeyri yoxdu, nə DİN-in açıqlamasının, nə də FHN-nin açıqlamasının. Nəsə indi başqa bir şey atacaqlar ortaya.

Beləyalan şayiələri yayan ilk xəbər saytını və həmin saytla eyni dairədən olan saytları, eləcə də bunu ilk dəfə sosial şəbəkələrdə paylayanı və paylaşanları və o şərhləri yazan qrupları tapmaq elə də çətin deyil. Bunlarıtapandan sonra yönləndirənləri də tapmaq iki vur iki.