adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Fevral 2020 11:10
11460
GÜNDƏM

DƏDƏ SÜLEYMANA ÜÇ KƏLMƏLİK TƏBRİK

"Ədalət”də işinşirin məqamında yazıçı-publisist Aqil Abbas otağa daxil olub dedi:

- Əbülfət,bilirsən ki, bu gün Dədə Süleymanındoğum günüdü?

Çaşıb qaldım.Unutduğuma görə özümü qınadım. Və elə həmin andaca qulağıma Dədə Süleymanın səsigəldi... Oturmuşdu Füzulidə, Çinar bulağının zümzüməsinə qulaq asa-asa kökləyirdisəsini. O səsi ki, Allah ona lütf ilə vermişdi. Dinləyəndə özündən asılıolmayaraq, yerdən ayrılıb gedirsən. Özünü göy üzündə bəlkə də Cənnətdə hissedirsən... Və bir də görürsən ki, o səs səni özünlə sorğu-suala vadar edib...

Bax, elə buduyğuların içərisində Dədə Süleymanın səsi məni Qozlu dərədən keçirib üzüQacara, Xəzəz meşəsinə, ordan Quruçay boyu Tuğa tərəf aparır. Və yol boyu da hərağacın, hər budağın, hər daşın barəsində sanki bir açıqlama verir. Bunu təbii qəbuledirəm. Çünki Dədə Süleyman muğamda da, musiqi tarixmizdə də möhürünü elə vurubki, onu ordan illərin qasırğası da, tufanı da qopara bilməz. Və bir də DədəSüleyman Qarabağın bütün gözəlliklərini, bütün lətafətini, bütün şirinliyinihopdurub səsinə. Mən deyərdim ki, burda Dədə Süleymandan çox Allahın xidmətivar. Çünki o səslə Süleyman Abdullayevi Dədə Süleyman edib. Üstəlik, o xalqartisti yox, Azərbaycanın xanəndəsi olubdu.


Doğum gününmübarək, Dədə! Səninlə çox söhbətlərim olub, çox dərdləşmişik - Bakıda da,Tuğda da, Füzulidə də! Və hər dəfə demisən ki, bircə arzum var, kaş, Çinarbulağının suyundan bir dolça içib üzü Şuşaya bir "Qarabağ şikəstəsi” oxuyaydın.Sonra sənə deyərdim sür maşını, gedək Tuğa, bir tikə çörək kəsək. Mən də həmişəbu istəyinə "Amin!” demişəm. İndi də deyirəm:

- Allah səniqorusun, Dədə! Allah səni və millətimizi arzusuna çatdırsın! Doğum günün birdaha mübarək olsun!

Əbülfət MƏDƏTOĞLU