15 Oktyabr 2025 09:46
87
İDMAN

DÇ-2026: Türkiyə millisi Gürcüstanı darmadağın etdi

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Adalet.az xəbər verir ki, Türkiyə millisi E qrupundakı dördüncü matçında Gürcüstan yığmasını qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:1. Bu qrupun digər görüşündə isə İspaniya seçməsi doğma meydanda Bolqarıstanı 4 cavabsız qolla üstələyib.

F qrupunda Portuqaliya millisi evdə Macarıstanla bacarmayıb - 2:2. I qrupunda Estoniya Moldova ilə heç-heçə edib, İtaliya İsrailə qalib gəlib.

K qrupunda isə İngiltərə millisi Latviyanın qapısından 5 cavabsız top keçirib, Serbiya kollektivi səfərdə Andorranı məğlub edib.

Bu nəticələrdən sonra xallarını 18-ə çatdıran İngiltərə millisi Avropa qitəsindən mundialın final mərhələsinə vəsiqə qazanan ilk komanda olub.

DÇ-2026

Seçmə mərhələ

14 oktyabr

E qrupu

22:45. İspaniya - Bolqarıstan - 4:0

22:45. Türkiyə - Gürcüstan - 4:1

Xal durumu: İspaniya - 12, Türkiyə - 9, Gürcüstan - 3, Bolqarıstan - 0.

F qrupu

22:45. Portuqaliya - Macarıstan - 2:2

22:45. İrlandiya - Ermənistan - 1:0

Xal durumu: Portuqaliya - 10, Macarıstan - 5, İrlandiya - 4, Ermənistan - 3.

I qrupu

20:00. Estoniya - Moldova - 1:1

22:45. İtaliya - İsrail - 3:0

Xal durumu: Norveç - 18, İtaliya - 15, İsrail - 9, Estoniya - 4, Moldova - 4.

K qrupu

22:45. Latviya - İngiltərə - 0:5

22:45. Andorra - Serbiya - 1:3

Xal durumu: İngiltərə - 18, Albaniya - 11, Serbiya - 10, Latviya - 5, Andorra - 1.