DÇ-2026-nın püşkləri MƏLUM OLDU
Bu gün ABŞ-nin paytaxtı Vaşinqtonda 2026-cı il futbol üzrə Dünya Çempionatının (DÇ-2026) qrup mərhələsinin püşkatma mərasimi keçirilir.
Adalet.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq mərasimdə 48 milli hər qrupda 4 yığma olmaqla 12 qrupa bölünəcək.
Püşkatmanın əsas qaydalarına əsasən, hər qrupda eyni konfederasiyadan (UEFA istisna olmaqla) maksimum bir komanda iştirak edə bilər. Avropa (UEFA) zonası üzrə isə hər qrupa ən azı bir və ən çox iki komanda düşməsinə icazə verilir.
Püşkatmadan öncə turnir iştirakçıları aşağıdakı səbətlərə ayrılıb:
1-ci səbət: ABŞ, Meksika, Kanada, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya.
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya.
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot-d’İvuar (Fil Dişi Sahili), Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası (CAR).
4-cü səbət: İordaniya, Kabo-Verde, Qana, Kürasao, Haiti, Yeni Zelandiya, habelə qitələrarası pley-off və Avropa keçid oyunlarının 6 qalib komandası.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində keçiriləcək. DÇ-2026-nın final oyunu isə iyulun 19-da Nyu-Yorkun ətrafındakı Şərqi Ratertfordda yerləşən “MetLife” stadionunda baş tutacaq.
***
2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin püşkatma mərasimi başa çatıb.
Mundialda iştirak edəcək 48 komandanın bölündüyü qruplar aşağıdakılardır:
A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, UEFA D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya).
B qrupu: Kanada, İsveçrə, Qətər, UEFA A yolunun qalibi (İtaliya-Şimali İrlandiya/Uels-Bosniya və Herseqovina).
C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti.
D qrupu: ABŞ, Avstraliya, Paraqvay, UEFA C yolunun qalibi (Türkiyə-Rumıniya/Slovakiya-Kosovo).
E qrupu: Almaniya, Ekvador, Fil Dişi Sahili, Kürasao.
F qrupu: Niderland, Yaponiya, Tunis, B yolunun qalibi (Ukrayna-İsveç/Polşa-Albaniya).
G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya.
H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo-Verde.
I qrupu: Fransa, Seneqal, Norveç, FİFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq).
J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya.
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, FİFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası).
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.


Bakı -°C

