DÇ-2022: Kosta Rika Yaponiyanı məğlub edib - YENİLƏNİB

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.
Adalet.az-ın məlumatına görə, günün ilk matçında E qrupunda Yaponiya və Kosta Rika yığmaları üz-üzə gəliblər.
Qarşılaşma Mərkəzi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 81-ci dəqiqədə Keyşer Fuller vurub.
Kosta Rika qələbə sayəsində ilk 3 xalını qazanıb. Qrup lideri İspaniyanın və ikinci sıradakı Yaponiyanın da 3 xalı var. Xalsız olan Almaniya seçməsi sonuncu sıradadır.
Qrupun digər görüşündə Bundestim İspaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
***
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Kosta Rika yığmaları arasında E qrupunun II tur oyununda hesab açılıb.
Adalet.az-ın məlumatına görə, Kosta Rika millisi 81-ci dəqiqədə Keyşer Fullerin qolu ilə hesabda önə keçib.
***
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Kosta Rika yığmaları arasında E qrupunun II tur oyununda ikinci hissə başlayıb.
Adalet.az-ın məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.
***
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Kosta Rika yığmaları arasında E qrupunun II tur oyununda ilk hissə başa çatıb.
Adalet.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
***
Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Kosta Rika yığmaları arasında E qrupunun II tur oyunu başlayıb.
Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb.
***13:05
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək Yaponiya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb.
Adalet.az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:
Yaponiya: 12. Şuiçi Qonda (q), 2. Miki Yamane, 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 4. Ko İtakura, 6. Vataru Endo, 8. Ritsu Doan, 13. Hidemasa Morita, 15. Daiçi Kamada, 24. Yuki Soma, 21. Ayase Ueda
Kosta Rika: 1. Keylor Navas, 19. Kendal Vaston Manle, 6. Oskar Duarte, 15. Fransisko Kalve, 8. Brayan Ovyedo, 13. Gerson Torres, 17. Yeltsin Texeda, 5. Selso Borxes, 4. Keyşer Fuller, 7. Antoni Kontreas, 17. Joel Kempbell
Qeyd edək ki, qarşılaşma saat 14:00-da start götürəcək.
Digər Xəbərlər

İtaliya klubu 39 yaşlı hücumçunun transferini açıqlayıb

"Arsenal"dan yeni transfer

Avropa Liqası: Bu gün 8 oyun keçiriləcək

İlham Zəkiyevin müəllifi olduğu kitablar işıq üzü görüb

Millimizin FIFA reytinqində yeni mövqeyi bəlli oldu

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri qarşılaşdı

PSJ "Real"ı darmadağın edərək finala yüksəldi - VİDEO
