adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Avqust 2021 14:16
30885
AVTOMABİL

Dayanma, durma qaydalarını pozanlar

Avqustun 17-də Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi Xırdalan şəhərində sürücülərin dayanma, durma qaydalarına əməl etməsi ilə bağlı reyd keçirib. Reyd zamanı yol polisi əməkdaşları aşkar edib ki, onlarla sürücü Xırdalan şəhərinin müxtəlif küçə və prospektlərində dayanma və durma nişanları olsa da, buna məhəl qoymayıblar. Ona görə də yol polisi əməkdaşları belə sürücülər barəsində inzibati protokol tərtib edib və onlar 20 manat məbləğində cərimə olunublar.

Təbii ki, bütün bu tədbirlər hərəkətin təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Çünki harda gəldi avtomobilləri saxlayan sürücülər qanunu pozmaqla yanaşı, həm də bu ünvanlarda sıxlıq yaradır və eyni zamanda digər hərəkət iştirakçıları üçün təhlükə törədirlər. Ona görə də sürücülər zəhmət çəkib, yol hərəkəti qaydalarına əməl etməlidilər.