adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 May 2024 11:17
440
GÜNDƏM

Dava "yorğan" davasıdır, "Azərbaycan" deyil: Baş nazir kürsüsü uğrunda mübarizə  

Ermənistanda hazırda baş verən etiraz aksiyaları, yürüş və mitinqlər baş nazir kürsüsü uğrunda gedən mübarizənin göstəricisidir.
Beləki, bu kürsüyə göz tikən 3 müxalif qüvvə nümayəndəsi var.

1. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan
2. Ermənistanın sabiq prezidenti Robert Köçəriyan
3. Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan
Keşiş Baqrat bununla bağlı ictimaiyyətə açıqlama da verib: “Robert Köçəryanın baş nazirliyə namizəd sayılmasından söhbət gedə bilməz, Arman Tatoyanın adı müzakirə olunur, hətta mənim adım da müzakirə olunur, sizin sevdiyiniz və bəyənmədiyiniz adlar müzakirə olunur”.
Amma sosial şəbəkələrin erməni seqmenti hər 3 namizədin baş nazir olmaq üçün gizlincə apardığı mübarizəni müzakirə edir.

 P.S. Bu ermənilərdə həqiqətən ağıl yox imiş. Baş nazir Nikol Paşinyan o kürsüyə gətirənlər arxayın olub,  oturub kreslosunda əmrlər verir, sənəd imzalayır,, iclas keçirir, dövlət işləri ilə məşğul olur. İki-üç dılğır , vəzifəsi, arxası olmayan erməni də düşüb ortaya ki, bəs mən baş nazir kürsüsünə yaraşıram. Əslində  ermənilərin dediyi kimi Azərbaycanlıların halal torpaqlarını özünə qaytarmaq kimi bir prosesə etiraz etmək deyil, bu  kürsü uğrunda əsl mübarizədir .

 

 Əntiqə Rəşid