adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Iyun 2020 08:16
63683
GÜNDƏM

Daşlaşmayan tariximiz - Heykəlləşməyən mənəvi anamız

Qadın yaradandı, yaşadan vəqoruyandır, bəşəriyyətə zinət, insanlığa şöhrətdir deməkdi.. Ana-qadın bir qövmün, bir nəslin, bir tayfanın, bir xalqınbaşlanğıcının əsasıdır. Ana-qadın genitəbii ki, ikinci yaradıcı amil olan ata –kişi geni ilə birləşdikdə gələcək nəsillərmütləq bu genetikanın daşıyıcısına çevrilir.

Hər bir etnikin, hər bir xalqın bir yaradıcı-qurucusuvar. O mənsub olduğu xalqın anası olaraq da tarixə düşür!

Bu gün oxucularımıza müxtəlif xalq və dövlətlərdəeyni zamanda bizdə xalqın rəmzinəcevrilmiş ana haqqında danışacağıq.

Xalqın anası

Qafqazda üç xalqın, Ermənistanın, Gürcüstanın və Azərbaycanın özünə məxsus anası var. Hər xalq qeydetdiyimiz kimi başlanğıcını o anadan götürür. Qərinələr ötür, əsrlər keçir, amma o başlangıc analar xalqın yaddaşındayaşayır, yaşadılır... Hər bir xalq öz anasına abidə qoyur və onu gələcək nəsiilərəgöstərir. Birdirir ki, bu sənin başlangıc anandı... Sənin namus, qeyrət, milliidrak, milli özünü tanıma simvolundu bax , tanı. sev.qQoru! Nəhayət ona layiqol! Amma necə? Qısa bir araşdırma, böyükbir biabırcılığı ortaya qoyduğuna təəssüf və heyrət edərək, həm də əsəb keçirərəkyazmağa başladıq.


Ermənilərin anası –Anahit



Araşdırmanınnəticəsində aydın oldu ki, erməni qadınlarının mənşəyi erməni mifologiyasındaAnahit və ya Anais adlandırılan fahişəlik ilahəsinə söykənirmiş. E.ə. III əsrdənbaşlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahəhayların əsas tanrıçası olub. Hətta bir çox mütəxəssislər bu müddəti fahişəliyingeniş yayılması dövrü kimi xarakterizə edirlər. Strabondan başlayaraq antiktarixçilərin əksəriyyəti öz əsərlərində Anahitin fahişəlik ilahəsi olması vəonun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər.

Strabon qeyd edirdi ki, "Anahitəibadət edənlər fahişəliyə qurşanmışdılar. Həmin vaxt erməni hökmdarı TrdatAnahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyükAramazdın qızı və arvadı kimi həmd edirdi".

Fahişəlikilahəsinin məbədlərində yaşayan hay gəncləri öz valideynləri tərəfindən burayagöndərilir, tanınmış ailələrdən seçilən kahinlər isə onların "mamaroza”lığınıedirdi. Buraya yalnız əcnəbilər buraxılırdı. İlahəyə xidmət müddətini bitirənqadınlar məbədi tərk edərkən bütün qazandıqları pulu məbəddə qoyur və ərəgedirdilər. Vaxtaşırı buradakı ərə gedəcək qadınların adaxlısı məbədin kahinlərindənonun nişanlısının ozünü necə aparması barədə məlumat alırdı. Ən çox əcnəbininziyarət etdiyi qadın ermənilərdə ən çox arzu olunan gəlin hesab olunurdu. Buhaqda Strabon yazır: "Bu ölkənin qanunlarına görə adlı-sanlı ailələrinqızları yalnız ilahənin məbədində uzun müddət ərzində fahişəliklə məşğulolduqdan sonra ərə gedə bilərdilər. Bundan sonra onların ərə getməsində heç birproblem olmurdu".

Ermənilərinfahişəlik ilahəsi barədə fransız tarixçisi Pyer Düfur XIX əsrin ortalarında dərcolunan "Fahişəliyin tarixi” kitabında yazır: "Onun (ilahənin) şərəfinə ətrafındasevgi ayinlərinin icra olunduğu böyük məbəd tikilmişdi. Erməni qızları bu məbəddəyalnız xaricilərlə cinsi əlaqədə olmağa razılıq verirdi. Qazanılmış pullarıqadınlar səcdəgahda ilahəyə nəzir qoyurdular!”


Gürcülərin anası- Tamara



Çariça Tamara 1165-ci ildə doğulub. O, III Georgi vəonun cariyəsi olanAlanyahökmdarının qızı Burduxanım yeganə övladıidi. Çar qızının tərbiyəsi ilə onun yüksək ali təhsilli xalası Rusudan məşğulolub. Rusudan özü də Qafqaz vilayətlərindən birində hökmranlıq edirdi.Atasından cəsarət, qərarlılıq, müdriklik götürən gələcək çariça anasından gözəllik,məlahətlilik, xalasından isə adət və ənənənələrə hörmət, dinə ehtiramı mənimsəyib.20 yaşı olanda atası onu taxta çıxardıb və atası ilə birlikdə dövləti idarə etməyəbaşlayıb. Yalnız onun ölümündən sonra – 1184-cü ildə Tamara Gürcü çarlığının təkvə mütləq hökmdarı olub.. Xanədanın zərurətlərinə və dövrün əxlaq qaydalarınauyğun olaraq zadəganlar Tamaranın orduya lider olması üçün və taxta varisin təminedilməsi üçün evlənməsini tələb etdilər.Onların seçimləriBöyükVladimirknyazlığının öldürülmüş şahzadəsi Andrey I Boqolyubskinin oğlu olanmilliyyətcə rus, məzhəbcə pravoslav olanYuri idi. Seçim Tamaranın bibisi Rusudan tərəfindən bəyənildi və 1185-ciildə Yuri Tamara ilə evlənməsi üçün Gürcüstana gətirildi.Yuri bacarıqlı əsgər,ancaq çətin bir insan kimi göstərilir, o, tezliklə arvadının əleyhinə işlərgörməyə başlayır.Gərgin ər-arvad münasibətləri saraydakı qruplararasımübarizə ilə paralel gedirdi.1187-ci ildə Tamara zadəgan şurasını sərxoşluq ilə günahlandırılan Yuri ilə boşanmasını təsdiqetməyə razı saldı

İkinci dəfə Tamara ikinci ərini özü seçib və osetinknyazı David Soslanla ailə qurub. 1194-cü ildə Tamaranın oğlu Georgi-Laşa(gələcəkdə IV Georgi) doğuldu. Qızı Rusudan isə təqribən 1195-ci ildə doğuldu vəqardaşının ölümündən sonra gürcü hökmdarı oldu.

Тamaranın ölüm tarixi haqqında dəqiq məlumat yoxdur. Xəstəliyinin ilkdövründə Naçarmagevi sarayında qalan çariça sonradan Tbilisiyə, ordan daAqarani qəsrinə aparılır. Hazırda bu qəsrin Tbilisinin Didqor rayonundakı Kocorqalası olduğu ehtimal olunur.

Bildiyimizkimi Şota Rustaveli çariça Tamarın hakimiyyəti (təqribi 1165-ci il) dövründəsaray şairi olub. Həm də o, çariça Tamarın şəxsi xəzinədarı imiş.O, saraya ilkgəlişindən çariçaya bir könüldən, min könülə vurulubmuş. Bəzi şaiyələrə görə,guya çariça Tamara şairin məşuqəsi imiş. Şair məşhur "Pələng dərisi geymiş pəhləvan”poemasını da sevdiyi hökmdar qadına həsr etmişdi. Bəzi məlumatlara əsasən isə,şair çariçaya olan cavabsız məhəbbətini ömrünün sonunadək qəlbində gizlisaxlamışdır. 2010-cu ildə tikilən Mestia aeroportuna da onun adını veriblər –ölümündən 797 il sonra!Hər il mayın 14-də - "Tamaroba” günündə gürcülər onunxatirəsini yad edirlər. Rəsmi tədbirlər əsasən paytaxt Tbilisidə (Didub MüqəddəsMəryəm kilsəsində) və çariçanın heykəli olan Axaltsixdə qeyd edilir.


Azərbaycanlıların anası Tomris və...



Tomrisxatun və əlində fars hökmdarı Kirin başı. Heykəl Almaniyadadır.Düşünsək ki, Tomris, Atilladansonra Avropada ən çox adı çəkilib, büstləri tikilən tarixi şəxsiyyətdir, ozaman təəssüflə qeyd edək ki, bu tarixi şəxsiyyətin, igid qadının respublikamızdanəinki heykəli, hec büstü də yoxdu

Tomris haqqında əsas məlumatHerodotun"Tarix”əsərində qorunmuşdur. Onun doqquz hissədən ibarət "Tarix" əsəriyunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsrolunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinəuyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredothaqlı olaraq, dünyanın ən görkəmli tarixçilərindən sayılır. Heredotun kitabındayer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e. ə. 529-cu ildə öldürülməsiilə bağlıdır. Əhəməni dövlətinin banisi II Kirin (e.ə. 550-530) ölümü bədiimövzu kimi antik müəlliflərin yaradıcılığında dərin iz buraxmış, əsrdən əsrəötürülərək əfsanələşmişdir. E.ə. V əsrdən başlayaraq Herodot, Ktesi, Beros,Strabon, Arrian, Polien, Diodor,Ammian Marsellinvə digər yazarlar bu mövzuya müraciət etmiş, onlara məlumdetallarla fərqli hekayələrin yaranmasına səbəb olmuşlar. II Kirin ölümü ilə nəticələnənhərbi əməliyyatlar haqqında rəsmi qaynağın yoxluğundan indiyə kimi antik müəlliflərinyazdıqları ilə kifayətlənməli oluruq. Bu həlledici döyüşün harada baş verdiyiilə bağlı ən mötəbər mənbə məhz Herodotun "Tarix” əsəri hesabedilir.Kir müasirAzərbaycan respublikası ərazisində,Araz çayından şimaldayerləşənMassaget Çarlığındayürüşü zamanı öldürülmüşdü. Bu rəvayətin qəhrəmanı massagetlərinqətlə yetirilmiş şahının dul qadını Tomirisdir. Heredot yazır: "Massagetlər,deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarlaqarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasındayaşayırdılar." Bəziləri onları skif tayfalarından sayır. Massagetlərinşahı ölmüş, tayfanın başına onun dul qadını Tomiris keçmişdi. Kir öz elçilərinigöndərərək, onunla evlənmək istədiyini bildirir. Ancaq Tomiris anlayır ki, Kironunla evlənmək yox, bu yollaMassaget Çarlığını ələ keçirmək istəyir və elə buna görə də həmin təklifi rəddedir. Belə olduqda Kir hiyləgərliklə öz istəyinə nail ola bilmədiyini görübmassagetlərüzərinə açıq hücuma keçdi. Tomris Xatun bir də Kirlə sonqarşılaşmada ordunun ruhunu coşduran çıxış etmişdi və and içmişdi. Tomris qələbə qazanmış,Kir məğlub olmuşdu.



Azərbaycanda igid və cəsur qadın ənənələrinintarixi kifayət qədər rəngarəngdir: massagetlərin məğrur hökmdarı Tomrisdənbaşqa, tarixin konkret dönəmlərində qəhrəman qadın hökmdar Nüşabə (heykəli olan yeganə qadın), Şirvana hücum edən Krım xanınınqoşunlarını məğlub etmiş Heyran Nisə Bəyim, qoca Şərqinilk diplomat qadını, Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin xanımı -514-cüildə Osmanlı-Səfəvi arasında baş vermişÇaldıran döyüşündə iştirak etmişTaclı bəyim, mərkəzləşdirilmişAzərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə (1776-cıildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdəöldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş,9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır)Nigar, Həcər kimi qadınlar həm də mərdlik,şücaət,cəsarət rəmzləri olublar.



Maraqlı bir nüansı nəzərinizə çatdırım, bizimqadınların şücaətini cəsarətini,düşmənəqarşı döyüşkənliyini ifadə edən hansı heykələ rast gəlmisiniz? Qarabağ müharibəsi zamanı soyqırıma məruz qalmış, balası öldürülmüşxocalılı çarəsiz ananın "Xocalı abidəsi”və çadrasını başından atmış "Azad qadın” heykəllərinin bizim tarixi keçmişimizə,mənəvi ana-başlanğıc genimizlə yaxından-uzaqdan bir əlaqəsi varmı?

Əntiqə Rəşid