"Damqalı Yahuda" sovet desantlarını necə satdı
Hazırda da SSRİ-nin dağılmasında ( əsliində rus imperiyasının) Mixail Qorbaçovun rolu, onun sovet xalqına qarşı xəyanətləri zaman-zaman müzakirəyə çıxarılır.
Rus generalları başı xaçlı Qorbaçovun Əfqanıstanda sovet desantlarını və əsgərlərini necə satması barədə danışırlar.
2019 -cu ildə iki yubley- sovet qoşunlarının Əfqanıstana girməsi və on ildən sonra çıxması qeyd olundu.
Məhz qoşunların Əfqanıstandan çıxarılması zamanı sovet əsgərləri siyasətçilərin ambisiyasının qurbanı oldu.
Ordunun çıxarılması ərəfəsində əfqan yaraqlıları ilə qoşunların çıxarılması zamanı onlara arxadan atəş açılmaması ilə bağlı razılıq əldə olunmuşdu. Lakin Qorbaçovun təkidilə sovet ordusu faktiki olaraq bu razılaşmanı pozdu.
Atəşkəs elan edilməsinə baxmayaraq sovet ordusu çıxış ərəfəsində "Tayfun" kod adlı əməliyyat keçirdi və əfqan yaraqlılarının mövqelərinə güclü artereliya və avia zərbələr endirdi.
Desant və xüsusi təyinatlılardan ibarət bölmələr yaraqlıların bazalarına hücum etdi və bir neçə gündən sonra evə qayıdacaqlarını gözləyən yüzlərlə adi əskər və zabitlər həlak oldu.
Nəticədə sovet ordusu Əfqanıstanı tərk edərkən arxadan atılan mərmilər nəticəsində bu satqınlığın qurbanına çevrilərək, coxsaylı itkilərə məruz qaldı.
345-ci xüsusi paraşüt-desant polkunın komandiri general Valeri Vostroqin yüzlərlə sovet əsgər və zabitinin ölümünə səbəb olan "Tayfun" əməliyyatını Qorbaçovun öz ordusuna qarşı xəyanəti adlandırıb.
Vostorqovun çıxışını dəstəkləyən Əfqanıstan müharibəsinin iştirakçıları olmuş digər general və zabitlər də "Damğalı Yahuda" adlandırdıqları Mixail Qorbaçovun bu kimi qərarları ilə Əfqanıstanda olan sovet odusuna xəyanət etdiyini təsdiq ediblər.
Qorbaçovun satqınlığının nəticəsində razılaşmaya əsasən sakit və itkisiz evə qayıtmalı olan hərbiçilərin heç də hamısı atzularına çata bilmədilər. Minlərlə əskər son döyüşün qurbanı oldu.
Rüstəm HACIYEV
"Kriminalnaya Lenta" saytının mayerialları əsasında
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29