adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Fevral 2019 09:49
85018
ŞOU-BİZNES

Damlanın video söhbəti - İntiqam VALEHOĞLU yazır

Çox uzun yazıb nəsizin, nə də özümün vaxtını almaq istəmirəm. Azərbaycan oxucusunun nə dərəcədəsəmimi olub-olmadığını bilmək, ən azı o barədə fikrinizin formalaşması üçün sizəbir neçə gün öncə baş verənləri olduğu kimi yazacam. Qərar vermək, nəticə çıxartmağısizə buraxıram. Yəni, özünüz özünüzə hakimlik edin, görək nə dərəcədə səmimisiniz.

Təxminən bir həftəninsöhbətidir. Redaksiyaya təzəcə çatmışam, kompüteri açan kimi dostlumdan mesaj gəldi:"Təcili WhatsApp-a bax". Baxdım.

Elə üstündənbeşcə dəqiqə də keçmişdi, başqa bir tanış video göndərdi. Soruşdu ki, bunugörmüsən? Hələ videoya baxmağa macal olmayıb ha. Elə videonu açmaq istəyəndədaha bir ismarış və dalınca da video gəldi. Yenə bir ismarışda soruşulur ki,doğrudan görəsən odur? Bu minvalla 7-8 oxşar mesaj və dalınca da video gəlir.Mesajlar gəlməyində olsun, baxaq görək videoda nə var, nə yox? Baxdım. Deməli,üzü görünməyən şəxslə bir qadının intim görüntüləridir. Amma insaf naminə deməklazımdır ki, qadın videonun çəkildiyindən xəbərdar olsa da, abırına sığınıb səsiniçıxartmır, eləcə kirimiş dayanıb, bir əliylə də üzünü tutur. Elə xoşuma gəldiki. Deməli, hələ abır-həyamızı tamam itirməmişik də. Doğrudan da halal olsun. Mərifət-qanacaq,abır-həya başqa şeydir. Xülasə, bir dəqiqə səkkiz saniyəlik videoya axıra qədərbaxdım. Hələ də bu videonun niyə məhz mənə göndərildiyini başa düşmürəm. On beşdəqiqə keçməmişdi ki, həmin videodan bir foto və "Damlanın intim görüntüləriyayıldı?" başlığıyla xəbərlər saytları bəzəməyə başladı.

Təsəvvür edinki, ömründə üç yüzdən artıq girişi olmayan bəzi saytların həmin gün ən azı50-60 min girişi olmuşdu. Rusiyanın mediametrics.ru adlı bir sayğacı var.Bildiyimə görə bizimkilər hələ ki o sayğaca barmaq eləyə bilmədikləri üçünhansı sayta nə qədər real giriş olduğunu bilmək olur. Elə sayt var ki, həminvideonun xəbərinin içində 500 adam var.

Tərslikdən mən dəhəmin gün əfsanəvi aktyor Həsənağa Turabovla bağlı bir yazı yazmışam. Nə illahelədimsə, nə qədər səhifələrdə paylaşdımsa, həmin yazının oxunma sayı beş minikeçmədi.

Bu yerdə"bizim saytlar heç nə yazmır, heç nə yaza bilmir" deyən oxucularlabağlı bir neçə kəlmə məncə, yerinə düşər. İnanıram ki, Damlanın adınınhallandığı həmin xəbərləri oxuyanların böyük əksəriyyəti siz idiniz.

Kimsə and içsəki, mən baxmamışam, yaxud eşitməmişəm, inanmaram. Çünki həmin video düz üç günölkənin, ən azı sosial şəbəkələrin əsas gündəmi idi. Yaxşı ki, deputat Hadı Rəcəbli180 manat söhbətini ortaya atdı. Yoxsa hələ də o bir dəqiqə səkkiz saniyəlikvideoda qalmışdıq.

Yeri gəlmişkən,Damla tərəfdən məsələyə münasibət bildirilib. Deyiblər ki, videodakı qadınDamla deyil, başqasıdır. Elə indicə bir video da göndəriblər. Görüm bu videoneçə dəqiqəlikdi?