Dahi bəstəkarımız Üzeyir Hacıbəyov: "Biz ilə yevropalıların fərqi"

Fransada baş verən terror hadisəsəindən sonra facebookda Fransa bayrağına bürünüb şəkil paylaşan soydaşlarımız özlüyündə bu ölkəyə dəstəyini nümayiş etdirirdi. Hətta məsələ o yerə gəlib çatıb ki, bu məsələ ətrafında fikir ayrılığı yaranıb və illərdir sosial şəbəkədə dostluq edənlər biri-birindən küsüb. Dostluqdan çıxarma, bloka atma halları da yaşanıb.
Belə bir vəziyyətdə dahi bəstəkar Üzeyir Hacıbəyovun dahiyanə bir fikrini sizlərin diqqətinə çatdırmaq istəyirik. Ü.Hacıbəyov yazır: "Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbdəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür... Halbuki bizim yerdə gündə beş-altı adam öldürürlər, heç kəsin qulağına girmir...
Ağappaq qar kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstən məlum eləyər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir girvənkə mazur tök, bir addımdan məlum eləməz.."
Digər Xəbərlər

Milli Məclisin iclasının gündəliyi dəyişdi

“Azərbaycan -İran bütün istiqamətlər üzrə bir-birinə yaxın olmağa çalışır”

Ceyhun Bayramov Əl-Salam Saray Muzeyində

Ortaq keçmişdən strateji tərəfdaşlığa doğru

İlham Əliyev İsrail Prezidentini təbrik etdi

Mehriban Vəliyeva: “Məsud Pezeşkianın səfəri İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq”

Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb
