Daha üç seçki məntəqəsinin nəticələrinin üstündən xətt çəkildi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.
Bu barədə məlumat verənMSK üzvü İlkin Şahbazov şikayətlərin araşdırılması zamanı bir çox məqamların aydınlaşdığını vurğulayıb.
Onun sözlərinə görə, həmin dairənin4,8,9 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular aşkarlanıb.
"Bundan əlavə, sosial şəbəkələrdə yayılan görüntülərdə də bu kimi hallar əks olunub. Müraciət edən namizədlər seçki dairəsi üzrə ümumi nəticələrin ləğvini tələb ediblər”.
MSK qərara alıb ki, adıçəkilən məntəqələrin nəticələri etibarsız sayılsın.
Qeyd edək ki, 32 saylı Suraxanı Seçki Dairəsi üzrə lider namizəd Afət Həsənovadır.
Digər Xəbərlər
27 Aprel 2024 17:39
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel 2024 16:06Dəniz piyadaları və xüsusi təyinatlıların təlimindən - VİDEO
27 Aprel 2024 15:00İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
27 Aprel 2024 14:48Prezidentdən iqtisadiyyat və maliyyə nazirlərləri ilə bağlı SƏRƏNCAM
27 Aprel 2024 13:27