adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Aprel 2020 20:47
12795
DÜNYA

Daha bir ölkədə koronavirusa ilk yoluxma halı qeydə alındı

Daha bir ölkədə koronavirusa ilk yoluxma halı qeydə alınıb.

"RİA Novosti” xəbər verir ki, Cənubi Sudanda bir nəfər koronavirusa yoluxub.

Bu barədə "Eye Radio” radiostansiyası ölkənin vitse-prezidenti Riek Maşara istinadən məlumat yayıb.

Qeyd edilir ki, virusa 29 yaşlı şəxs yoluxub. O, BMT əməkdaşıdır.

Həmin şəxs ölkəyə fevralın 29-da Niderlanddan gəlib.