Daha bir məntəqənin nəticələri ləğv edildi
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizəd Yasəmən Mahmudovanın (Qaraqoyunlu) müraciətinə baxılıb.
Adalet.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, namizəd müraciətində seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini istəyib: “Müraciət etmiş deputatlığa namizəd seçki dairəsi üzrə bütün seçki məntəqələrində total pozuntuların olmasını iddia edib. İddia edilən pozuntularla əlaqədar namizədin iştirakı ilə aparılmış araşdırma zamanı səsvermə günü seçkini müşahidə etmiş müşahidəçilərdən alınam izahatlarla onun iddiaları öz təsdiqini tapmayıb. Namizəd tərəfindən təyin edilmiş 8 müşahidəçi Sumqayıtın müxtəlif televiziya kanallarına müsahibə veriblər və seçkinin qanunvericiliyə uyğun aparıldığını deyiblər. Araşdırma zamanı müəyyən edilib ki, dairə üzrə 27 saylı məntəqə istisna olmaqla, iddia olunan pozuntular öz təsdiqini tapmayıb. Beləliklə ərizəçinin müraciəti qismən təmin edilməli, 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.
Məsələ səsverməyə çıxarılıb və qəbul edilib. Qeyd edilən seçki dairəsində 27 saylı seçki məntəqəsi istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.
Digər Xəbərlər
27 Mart 2026 18:42
Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının toplantısında - FOTO
27 Mart 2026 17:40
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi
27 Mart 2026 16:27
Ceyhun Bayramov Mirzoyanla müzakirə apardı
27 Mart 2026 16:10
Putin İlham Əliyevə təşəkkür etdi
27 Mart 2026 11:54
İlham Əliyev Gürcüstan səfirliyinə getdi - FOTOLAR
27 Mart 2026 11:52
“Bu halda boğaz hüquqi olaraq tam bağlanmamış görünər, amma...”
27 Mart 2026 11:13
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü
27 Mart 2026 11:10


Bakı -°C

