Daha 10 bağça müdiri işdən çıxarılıb, 6 müdirə şiddətli töhmət verilib
Təhsil Nazirliyi tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, aparılmış monitorinqlər nəticəsində 10 nəfər məktəbəqədər təhsil müəssisənin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.
3 nəfər bağça müdiri əvəzinin həvalə əmri ləğv olunub, 6 nəfər bağça müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5 nəfərə töhmət, 2 nəfərə isə xəbərdarlıq verilib.
Qeyd edək ki, aparılmış yoxlamalar nəticəsində bundan əvvəl 11 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə, 30 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri isə çalışmanın yaş həddinə çatdığı üçün tutduğu vəzifədən azad olunub.
Digər Xəbərlər
27 Noyabr 2026 16:41
Azad edilmiş ərazilərdə 15 bağça istifadəyə verilib
27 Noyabr 2026 12:38
“Tələbələrin müraciətini nəzarətə götürmüşəm”
26 Noyabr 2026 19:30
TKTA Azərbaycan Universitetində "Beynəlxalq təcrübədə tyutorluq" adlı təlimə başlayıb
26 Noyabr 2026 12:12


Bakı -°C

