adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Fevral 2018 18:17
19416
DÜNYA

DAĞISTANDA NƏ BAŞ VERİR?

Ötənilinoktyabrayından, yənimilliyyətcəavarolanRamazanAbdulatipovunVladimirVasilyevləəvəzlənməsindənsonraqonşuDağıstandabaşlayanciddisiyasiproseslərsongünlərdahagenişvüsətalıb. V. Vasilyev elə Dağıstan Respublikasının başçısı təyin edilən kimi köklükadr dəyişiklikləri edəcəyini, korrupsiyayla ciddi mübarizə aparacağını və rüşvətxorlaraqarşı amansız olacağını bildirmişdi. Söhbətinillərdir mühüm postlar tutan, vəzifədə bişib-bərkimiş, zəngin sərvət yiyəsi olmuşkadrlardan getdiyini nəzərə alsaq, bunun asan başa gəlməyəcəyini təxmin etmək oqədər də çətin deyil. Ancaq görünən budur ki, yeni başçı müqavimətləri dəf etməkdəisrarlıdır və geri durmaq fikrində deyil. 

Dağıstantəkcə Rusiya federasiyasının vilayətləri arasında yox, ümumiyyətlə, dünyada öz unikalxüsusiyyətləri ilə seçilən bir inzibati qurumdur. Sahəsi 50,2 min kvadratmetr, əhalisi3 milyondan bir qədər artıq olan respublikada 30-dan çox müxtəlif xalq yaşayır.Yalnız 14 xalqın yazısı var. Ötən əsrin 30-40-cı illərinə kimi millətlərarası ünsiyyətvasitəsi kimi türk dilləri ailəsinə daxil olan kumık dilindən istifadə edilsə də,sonralar bu funksiyanı rus dili oynamağabaşladı. Sovet hakimiyyəti illərində bu çoxmillətli diyarın idarəçiliyində millilikprinsipi başlıca rol oynayıb, yəni kadrların müxtəlif vəzifələrə təyinatında onlarınsavadı, professional səviyyəsi yox, daha çox milli mənsubiyyəti əsas götürülüb.Bu prinsip indiyə kimi davamedir, daha doğrusu, V. Vasilyev respublika başçısı təyin edilənə qədər davam edirdi.Ancaq yeni başçı fəaliyyətə başlayan kimi bildirdi ki, "milli kadr" prinsipiartıq tarixə qovuşur, bundan sonra vəzifə təyinatlarında kadrların qabiliyyət vəbacarığı əsas meyar olacaq. Elə əhalisinin 96 faizi müsəlman olan bir vilayətdəVladimir Vasilyev ad-soyadlı bir nəfərin başçı təyin edilməsi əslində, idarəçilikprinsipinin dəyişəcəyinə yönəlik bir mesaj idi. Düzdür, Kreml həmin təyinatı gerçəkləşdirərkənhadisələrin qəfildən arzuolunmaz məcraya yönəlmə ehtimalını da nəzərdən qaçırtmamış,dar ayaqda bu slavyan mənşəli ad-soyadın arxasında damarlarında müsəlman qanı axanbirisinin gizləndiyini göstərmək üçün tədbirli seçim etmişdi. Məsələ burasındadırki, uşaqlıqda ismi-şərifi Alik Abdulaliyeviç Asanbayev olan V. Vasilyevin atasıqazax, anası rusdur. Qazaxlar Dağıstanın etnik xəritəsində yer almasalar da, müsəlmanamili pis halda odun üstünə su səpməyə yarayar, yaxşı haldasa o, cəmiyyətə qabiliyyətlivə professional kadr nümunəsi kimi sırına bilərdi.

Əslində, Sovet hakimiyyətininilk dövrlərindən başlayaraq təxminən 40-cı illərə kimi orda yaşamayan millətlərintəmsilçisi olan kadrlar (bir rus, bir yəhudi və bir osetin) Dağıstana rəhbərlikediblər. Ancaq o vaxt bunu daha çox milli kadrların çatışmazlığı ilə izah ediblər.

İndisə, görünür,problem milli kadrların qıtlığında yox, peşəkarlığındadır. Odur ki, bu gün artıq vilayətə birdən-birə ikinəfər qeyri-Dağıstanlı rəhbərlik edir. Hadisələrin "yaxşı hal" variantıylagetdiyindən məmnun qalan V. Vasilyev (oxu: Kreml) prosesi bir qədər də dərinləşdirməyiqərara alır və dünən Tatarıstanın keçmişİqtisadiyyat naziri, mordva əsilli, üstəlik, ismi-şərifində heç bir müsəlman nişanəsiolmayan Artyom Alekseyeviç Zdunovun baş nazir təyin olunması ilə bağlı fərman verir.Bütün bunlar isə son günlər respublikada geniş vüsət almış tuthatut və qovhaqovkampaniyasının fonunda baş verir. Mətbuatda yüksək vəzifəli şəxslərin həbsi, işdənqovulması, Rusiyanın digər bölgələrinə, Azərbaycana, Gürcüstana qaçmaları (xoşbəxtlikdənqaçacaq yerləri çoxdur) barədə hər gün təzə-tər məlumatlar yer aldığından bu barədəətraflı danışmağa ehtiyac yoxdur.

Rusiya rəsmilərinin nə deməyindən asılı olmayaraq,Dağıstanda baş verən olayları iki aspektdən qiymətləndirmək mümkündür. Birinci aspekthəqiqətən qayda-qanun yaratmaqla bağlıdır. Fərz edək ki, respublikada baş alıb gedənkorrupsiya, klan-tayfa münasibətləri o qədər dözülməz həddə çatıb ki, Kremlin səbirkasası daşıb və prezident seçkiləri kimi çox ciddi bir siyasi kampaniyanı belə(nəticələri əvvəcədən məlum olsa da) nəzərə almadan ölkənin narahat bir regionundabu cür sərt tədbirlərə rəvac verib. Bu versiya Rusiya reallıqları çərçivəsində inandırıcıgörünmür. Çünki hazırda tək Dağıstan Respublikası yox, Rusiyanın mərkəzindən başlayaraqən ucqar əyalətlərinə kimi hər tərəfi korrupsiya və rüşvətxorluq bataqlığında boğulur.

Bizim fikrimizcəikinci və daha inandırıcı versiya prosesin alt yapısında gizlənən və simptomlarıyavaş-yavaş üzə çıxmağa başlayan daha təhlükəli bir perspektivlə bağlıdır.

Yəqin ki, 90-cı illərindemokratikləşmə burulğanında Yeltsinin Rusiyanın federasiya subyektlərinə ünvanladığı"nə qədər suverenitet istəyirsinizsə, o qədər də götürün" sözlərini çoxlarıxatırlayır. Həmin vaxt uzun illər çar və sovet imperiyalarının assimliyasiya siyasətindənəziyyət çəkmiş xalqlar yeni hökumətin bu mövqeyindən xeyli faydalandılar, milli-mədənivə sosial-iqtisadi sahədə müəyyən özgürlüklər əldə etdilər. Lakin bu proses çoxçəkmədi. Yeltsinin verdiklərini Putin yavaş-yavaş geri almağa başladı. Əvvəcə millirespublikaların əldə etdiyi iqtisadi, sonra siyasi-inzibati müstəqilliklərə sonqoyuldu. Təsəvvür edin ki, indi Rusiyanın hər hansı bir milli muxtariyyatı birbaşaMoskvaya yox, hansısa federal dairəyə tabedir. Məsələn, Dağıstan Şimali Qafqaz federaldairəsinə və Şimali Qafqaz iqtisadi rayonuna, Tatarstan Ural federal dairəsinə vəUral iqtisadi rayonuna və s.

Artıq proses sonvə yekun mərhələyə qədəm qoyur və siyasi, iqtisadi özgürlüklərini itirən milli subyektlərinmilli-mədəni hüquqlarına əl qoyulur. Əvvəllər milli qurumların dövlət idarələrindəçalışan şəxslərin yerli dili bilməsi zəruri olsa da, bir müddət əvvəl buna son qoyuldu.İndi də milli kadrlar "beynəlmiləlləşdirilir". Həm də Rusiya imperiyasınınbütün dövrlərində olduğu kimi bunun ideoloji zəminini elə milli kadrların özləri vasitəsilə yaradır. Dağıstanın bundan əvvəlkibaşçısı Ramazan Abutalipovun hələ dumanın deputatı olarkən dediyi aşağıdakı sözlərəfikir verin: "İndi Dağıstanda milli mənsubiyyət mühüm əhəmiyyət kəsb etmir.Biz dağıstanlılar artıq milli məsələlərdə razılığa gəlməyi bacarırıq, daha dövlətbaşçısının birbaşa seçkilər vasitəsilə seçmək mümkün olacaq. Əsas namizədin səriştəli,nüfuzlu şəxs olmasıdır. Milliyyətcə lap yapon olsun, fərq eləməz".

İctimai şüurun beləsıçrayışlı inkişafının mümkün olub-olmamasıyla işimiz yoxdur. Bunu buraxaq sosialpsixologiyayla məşğul olan mütəxəssislərin öhdəsinə. Amma bütün bu gedişlərin vərokirovkaların ötəri analizindən çıxan yeganə nəticəni görmək üçün belə qəliz peşəsahibi olmağa ehtiyac yoxdur. Kreml faktiki olaraq tam unitar bir dövlət olan Rusiyanındövlət quruluşunu ya rəsmən də unitarlaşdırmaq, ya da onu tam ərazi federasiyasınakeçirmək xətti tutub və ölkə bu hədəfə doğru iri addımlarla irəliləyir.


Analitik xidmət