adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Iyul 2020 16:28
23329
GÜNDƏM

Dağdağan ağacına da sözüm vardı - Elməddin Sərdar yazır

Allah şəhidlərimizə rəhmət eləsin,qazilərimizə şəfa versin .Bu gün mənim də qazi olan günümdü. İstədim birbalaca yada salım .

1992-ci il 14 iyul.
-Postdan çıxmalıyıq!
-Niyə ?
-Atırlar,görmürsən?Yerimizi bilirlər.Gündüz burda durmaq olmaz axı, qardaş, komandir(FRED ASIF)demədi bizə?

-Bizdə axşam onlara qan uddurmuşuq postlarını dagıtmışıq . Allah bilir neçəsi gəbəribdığalardan. Yaman, başladılar.

-Bizəcavablarıdı. 120 lik minamyotdan atırlar.

-Nəedək?

-Deyirsənsəhər açılır, çıxaqmı?

-Yox,mən yuxusuzluqdan ölürəm. Iki gündü yatmıram. Qəşəng sərin havadı. Mən ancaqyatmaq istəyirəm.

-Sənbizi qırğına verəssən deyəsən.

Gülürəm.

-Qorxma,mən ölərəm, sizə qoymaram nəsə olsun.

Sonuncumərminin səsi gəlir dağdan. Dağdağan ağacanın dibində Azərlə Əhədağanı yıxıbqucaqlayıram. Həmin anda nitqim tutulur. Dəydi deyirəm. Azər bağırır. Bütüngücü ilə kömək çağırır. Dünyanı dağıdar elə bil həmin vaxt. Qardaş köməyə gəlməyənvaxtdır. Göydən bomba tökülür, kim gələr köməyə heç?

Mənisürüməyə başlayır Azərlə.

-Əhədağa,mən ölümdən qorxmuram. Yaşadığım günlər keçir gözümün qabağından. Bir də o...

Qəbələdən olan Zülfəli yetirirözün. Şellin kəndin çıxanda hiss edirəm ki, özümdən gedirəm. Gözümə qurbanolduğum cənnət görünür. Adam heç o gözəllikdən ayrılmaq istəmir.

Birdənayılan kimi oluram .Yox, heç ölmək də istəmirəm hələ . Azər dostum üzümə yavaş-yavaş şillə vurur ki, ayılım ,amma mən bərkdən vur deyirəm. Kişi kimi vur, bərk. Hə, əla, özümə gəldim, qaqa.
Hospitala çatırıq.Sağam, çoxlu qan itirmişəm. Həkimlər vətibb bacıları maşına yaxınlaşır. Rəhmətlik Məleykə xanım məni görən kimitanıyır. Tez Cabir Abdullayevi çağırırki, əməliyyata götürün. Mən özümdə olduğumdan deyirəm ki, paltarımıçıxarmayın,qadınlar var, ayıbdı. Sonrasa bir gündən sonra ayılıram ki, Azərbaşımın üstündə ağlayır. Mən isə deyirəmki, nə olub? Kim ölüb?

Yadımadüşür ki, mən dünən ağır yaralanmışam.

28il keçdi, unuda bilmədim bu günü. Çoxistədim yadımdan çıxarım, amma olmadı. Çünki qanımın töküldüyü torpaq hələ dəqanımızı almağı gözləyir. O tək Dağdağanağacına da sözüm vardı. Mütləq gələcəyik. Çünki o, öz budaqlarını sipəretmişdi, bizi qorumuşdu...