Dabaq xəstəliyinə qarşı 9,5 milyon manatlıq peyvənd alınacaq
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tabeliyində fəaliyyət göstərən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün dabaq xəstəliyinə qarşı peyvənd vasitələrinin alınması üzrə 3 satınalma həyata keçirib.
Adalet.az xəbər verir ki, satınalmaların ümumi maliyyə həcmi 9 milyon 550 min 278 manat 95 qəpik təşkil edir.
Bir mənbə metodu ilə reallaşdırılan satınalma çərçivəsində "Megavet" LLC ilə məbləği 2 milyon 277 min 578 manat 95 qəpiklik müqavilə bağlanıb. Şərtlərə görə, dabaq xəstəliyinin A, O, Asiya-1, SAT-1 və SAT-2, eləcə də A, O, SAT-1 və SAT-2 variantlarına qarşı peyvəndlərin təmin edilməsi nəzərdə tutulub. Müqavilə 5 noyabr 2026-cı ilədək icra ediləcək.
Digər iki satınalma isə açıq tender metodu ilə keçirilib və qalibi "EPİDBİOMED" MMC olub. Bu tenderlərdən birinin dəyəri 3 milyon 452 min 800 manat, digərinin həcmi isə 3 milyon 819 min 900 manat təşkil edir. Satınalmalar çərçivəsində dabaq xəstəliyinin A, O, SAT-2 və A, O, Asiya-1, SAT-2 ştammlarına qarşı peyvəndlərin təmin edilməsi nəzərdə tutulur. Bu müqavilələrin icrası isə 28 oktyabr 2026-cı il tarixinədək davam edəcək.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

