Dövlət İmtahan Mərkəzinin şəffaf sistemini qurmaq bu qədər çətindir?
“Buna nə ad qoyaq? Biabırçılıq, məsuliyyətsizlik, yoxsa işbilməzlik? Aylardı müəllimlərin işə qəbul imtahanına hazırlaşan şəxslər etirazlar edirlər. Fikrimcə, haqlıdırlar. Əvvəla, ona görə ki, MİQ imtahanının 1-8 iyul aralığı keçiriləcəyilə bağlı rəsmi açıqlama verilməsinə baxmayaraq, imtahan keçirilmədi və bu gün 8 iyul olduğu halda, ümumiyyətlə imtahan tarixləri məlum deyil”.
Adalet.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi deyib.
“İkincisi, ərizə qəbulunun başa çatmasına baxmayaraq, ayrıca sistemə ödəniş üçün bir də qeydiyyat yaradılıb və burada da xidmət haqqı olaraq 0.40₼ vəsait tələbi də qoyulub. Dövlət İmtahan Mərkəzinin şəffaf sistemini qurmaq bu qədər çətindir? Həmin sistem kimi normal ərizə qəbulu, birbaşa vəsaitin ərizə qəbulu zamanı sistemə köçürülmə imkanı nə çətin işdir ki, prosesi bu qədər yubadıb insanları narahat və narazı salırsınız?55000-60000 insan sizin yarıtmazlığınızın əziyyətini niyə çəkməlidir? Gec olmadan tarixləri elan edin, insanlar plan, proqramlarını bilsinlər”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Iyul 2026 17:02
MİQ üzrə test imtahanlarının ilk gününün nəticələri açıqlandı
13 Iyul 2026 21:14
DİM-dən beynəlxalq dil sertifikatları haqda iddialarla bağlı AÇIQLAMA
12 Iyul 2026 14:30
Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı
10 Iyul 2026 14:56


Bakı -°C

