Azərbaycan daima Ukraynanı dəstəkləyir – Politoloq
“Azərbaycan daima Ukraynanı dəstəkləyir. BMT -də "Ukraynaya davamlı dəstək" bağlı qətnamə qəbul edilib. Azərbaycan səsvermədə iştirak etməyib. Buna görə Azərbaycan tənqid edilə bilməz. ABŞ-də səsvermədə bitərəf qalıb. BMT münaqişələrin həllində təşkilat kimi öz funksiyasını yerinə yetirə bilmir. Beynəlxalq müstəvidə BMT və onun Təhlükəsizlik Şurası yeni dünya təhlükəsizlik çağırışlarına cavab vermir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, Azərbaycan artıq ikitərəfli əlaqələrin inkişafına önəm verir:
“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Ukrayna prezidenti Volodimir Zelenski ilə Prezident İlham Əliyev beynəlxalq təşkilatların forumunda daima görüşür. Telefon danışıqları aparır. Həmçinin Ukraynaya kifayət qədər humanitar yardımlar edir. Göründüyü kimi, Azərbaycan Ukraynanı dəstəkləyir. BMT-də səsvermə artıq öz aktuallığını itirib. Azərbaycan səsvermədə iştirak etməməklə heç də Rusiya amilini nəzərə almayıb. Sadəcə, münaqişə regionlarını neticesi olmayan gündəmə çıxarmada maraqlı deyil. Ukrayna prezidenti və xalqı yaxşı bilir ki, Azərbaycan onları hərhansı bir sənədlə deyil, real və praktik olaraq dəstəkləyir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Fevral 2026 12:47
Milli Məclisin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib - FOTOLAR
26 Fevral 2026 12:25
Prezident Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi - YENİLƏNİB
26 Fevral 2026 12:01
Fransa səfirliyi Azərbaycana başsağlığı verdi
26 Fevral 2026 11:17
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı faciəsi ilə bağlı paylaşım etdi
26 Fevral 2026 10:12
Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
26 Fevral 2026 10:08
İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verdi
26 Fevral 2026 10:00
Xocalı soyqırımı bəşəriyyət tarixinə qara ləkə kimi düşüb - Birol Akgün
26 Fevral 2026 09:52


Bakı -°C

