Cüdoçularımız dünya çempionatında medalsız qaldı - Yenilənib
Bu gün Rusiyanın Çelyabinsk şəhərində keçirilən cüdo üzrə Dünya çempionatında daha iki cüdoçumuz- 100 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya çempionu Elxan Məmmədov və ikiqat Avropa çempionatı mükafatçısı Elmar Qasımov tatami üzərinə çıxacaq. İlkin mərhələdən azad olan hər iki cüdoçumuz mübarizəyə 1/16 final mərhələsindən qoşulacaq.
Xatırladaq ki, mundiala 6 cüdoçu ilə qatılan yığmamızın çıxışını başa vuran 4 üzvündən heç biri mükafatçılar sırasına düşə bilməyib.
Bu gün mübarizə aparan cüdoçularımızdan Elmar Qasımov ilk görüşündəcə özbək rəqibinə məğlub olub. Elxan Məmmədov isə ilk görüşündə macarıstanlı rəqibinə qalib gəlsə də, 1/8 finalda kubalı Joze Armenterosla bacarmayıb. Cüdoçularımızın ilk mərhələlərdəcə məğlub olması onları bürünc şansından da məhrum edib. Bu isə o deməkdir ki, yığma komandamız yarışı medalsız başa vurur.
Digər Xəbərlər
03 May 2024 16:37
“Fənərbağça” Di Mariyanı transfer etmək istəyir
03 May 2024 16:12Xankəndi istiqamətində dəhşətli avtoqəzaya düşən PFL prezidentinin son durumu AÇIQLANDI
03 May 2024 11:10Messi aprel ayının ən yaxşı futbolçusu seçildi
03 May 2024 09:57Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38