Cüdoçularımız Avropa kubokunda 8 medal qazanıblar
Çex Respublikasının Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.
Adalet.az xəbər verir ki, 34 ölkədən 771 idmançının mübarizə apardığı beynəlxalq turnirin ilk günü Azərbaycan millisi üçün uğurlu olub.
Yeniyetmə cüdoçularımız 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) bürünc medala sahib olub. Avropa kuboku yarışına aprelin 7-də yekun vurulacaq.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00