Cüdo komandamız finalda- Yenilənib
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında komandalar arasında cüdo yarışlarına start verilib.
Kişilərdən ibarət yığmamız yarımfinala vəsiqə qazanıb.
Kişilər
Kişilərdən ibarət cüdo komandamız mübarizəyə 1/8 finaldan başlayıb. Yığmamız Qazaxıstanı 5:0 hesabı ilə məğlub edib. 1/4 finalda rəqib Türkiyə yığmasıdır. Türkiyə yığmasını da məğlub edən kişilərdən ibarət yığma komandamız 1/2 final mərhələsinə yüksəlib.
Cüdo yığmamız yarımfinal görüşündə Özbəkistan komandası ilə qarşılaşıb. Bu rəqibini də məğlub edən cüdoçularımız finala vəsiqə qazanıb.
Qadınlar
Azərbaycan millisinin qadınlardan ibarət komandası da ilk görüşdə qalib gəlib. Qadın cüdoçularımız Özbəkistan komandası ilə qarşılaşıb.
Gərgin keçən mübarizədə komandamız 3:2 hesabı ilə qalib gəlib.
***
Kişilər və qadınlar arasında cüdo yarışları saat 10:00-da başlayıb.
Azərbaycan yığması da bu yarışda təmsil olunacaq. Cüdo yığmamız Türkiyə komandası ilə mübarizə aparacaq.
Qeyd edək ki, final mərhələsinin görüşləri saat 15:30-da başlayacaq.
Digər Xəbərlər
04 May 2024 10:29
Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47