10 Iyun 2024 18:52
911
ELM VƏ TƏHSİL

COP 29-la bağlı rektordan TƏKLİF

UNEC-in rektoru professor Ədalət Muradov rəsmi facebok səhifəsində COP 29-da tullantıların "doğru həcmi"nin müəyyən edilməsi baxımından təkilflə çıxış edib.

Adalet.az xəbər verir ki, o bildirib: “Ətraf mühitə atılan tullantıların miqdarı olduqca çoxdur. Bu fakt və bütövlükdə ətraf mühitə dəyən  zərərin  təhlükəli olduğu, demək olar ki, hamı tərəfindən qəbul edilir. Amma bu, həmin problemin həlli baxımından kifayət deyil”.

Burada əsas problem dünyada ətraf mühitə atılan tullantıların "doğru həcmi"nin müəyyən edilməməsidir. Başqa sözlə, söhbət planetin gələcəyinə təhlükə yaradan tullantıların maksimal həcmindən  gedir. Yəni ətraf mühitə atılan tullantıların hansı həcmindən sonra "geriyə saymaq" başlayır. İqtisadiyyatda hər zaman doğru olan  yeganə düzgün cavabın olmadığı bəllidir və hamı tərəfindən qəbul edilir. Amma buna baxmayaraq,  “ətraf mühitə atılan tullantıların "doğru həcm"i nə qədər olmalıdır?” sualına yeganə düzgün cavabın tapılması və hamı tərəfindən qəbul edilməsi vacibdir. Noyabr ayında keçiriləcək COP 29-da tullantıların "doğru həcmi"nin müəyyən edilməsi baxımından Bakı həm də qlobal mərkəzə çevrilmək şansına malikdir. Bu məqsədlə COP-29-da Qlobal Komissiyanın yaradılmasını təklif edirik. Həmin Qlobal Komissiyaya  Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin Sədrlik etməsi isə qlobal ətraf mühit probleminin həll ediləcəyinə ən böyük zəmanətdir”.