Con Kerridən İsrailə xəbərdarlıq
ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri İsraillə Fələstin arasında atəşkəsin əldə edilməsinə dair yeni açıqlama ilə çıxış edib.
Adalet.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Con Kerri İsrail siyasi dairələrində ABŞ-ın atəşkəslə bağlı atdığı addımların tənqid olunması iddialarına münasibət bildirib. ABŞ dövlət katibi deyib ki, İsrail baş naziri atəşkəslə bağlı ona müraciət edib. "O məndən sivil atəşkəsə nail ola bilmək üçün iş görə bilərsinizmi?-deyə soruşdu. Onun atəşkəs barədə istəyi olmasa idi, mən və ABŞ prezidenti bu məsələyə girişməzdik. Onun bu öhdəliyini şübhəsiz doğru qəbul edəcəyəm, ya da kimsə burada aşkar bir oyun oynayır və ümid edirəm bu, gerçək deyil”,-deyə C. Kerri söyləyib.
Con Kerri söyləyib ki, İsrailin bəzi dairələrinin onu tənqid etməsini normal qarşılayır. "Siyasətdə daha əvvəllər də mənə qarşı belə reaksiyalar, təzyiqlər olub. Amma mən bundan narahat olmuram. Yaxın müttəfiqimiz və dostumuz İsraillə birgə işləməyə davam edəcəyik. Şəxsi fikirləri isə özümə dərd etməyəcəyəm”,-deyə Con Kerri qeyd edib.
Digər Xəbərlər
06 May 2024 13:19
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB
06 May 2024 13:00"Şounun iştirakçısı" olma, şoumenlər ölkəsinin vətəndaşı qal, bu yetər!
06 May 2024 12:57Prezident bu Sazişi təsdiqlədi
06 May 2024 12:53Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı
06 May 2024 06:01