adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Oktyabr 2017 18:32
20376
MƏMLƏKƏT

Cocuq Mərcanlıda kitablar danışdı - REPORTAJ - FOTOLAR

DüzühərdəfəjurnalistlərinCocuqMərcanlıyasəfərinimətbuatdanoxuyandapaxıllığımtuturdu. O sevincliinformasiyanı yayan jurnalist kimi hələ də həmin ərazilərdə olmamağın acısını çəkirdim.Qismət elə gətirdi ki, rəhbərlik mənə Cocuq Mərcanlıya səfərə hazırlıqla bağlıtapşırıq verdi. Mətbuat Şurası və Beynəlxalq Avrasiya Fondunun birgə təşəbbüsüilə reallaşan səfər Cəbrayılla yanaşı dayım Rabil Yusifovun şəhid olduğu Füzulitorpağına basdığım ilk qədəmlər idi. Səfərdə "Ədalət" qəzetinin kiçikoxucularından olan Ayxan Ədilzadə də mənə yardımçı oldu. 8 yaşlı Ayxan Cocuq Mərcanlıyagetmək üçün səhərin o başından yuxudan oyanıb səfərə çıxma zamanını səbirsizlikləgözləyirdi... Təhsil aldığı  Masazır 4saylı orta məktəbində sinif müəlliməsinin verdiyi məlumatlardan savayı o buradabaş verənləri öz gözləri ilə görüb sinif yoldaşlarına nəql etmək arzusunda idi.Beləcə səfər başladı...

 

Şəhidlər Xiyabanından başlanan səfər

 

Bəli. Beynəlxalq Avrasiya Fondunun ofisi Şəhidlər Xiyabanının bir addımlığındayerləşir. Yolçuluq üçün də təyin edilən yer də bura seçilmişdi. Ayxan və mən səhərsaatlarında görüş yerində olduq. AyxanvaxtdanistifadəedibŞəhidlərXiyabanınıziyarətetdi. Özünəməxsussuallarlayolboyubizirahatburaxmadı. Millət vəkilləriAqil Abbas, Əflatun Amaşov, BAF sədri Umud Rəhimoğlu, bir sıra tanınmış yazarlarvə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimlərinin də qatıldığıyolçuluq Horadiz qəsəbəsində Aprel şəhidlərinin şərəfinə ucaldılan abidəni ziyarətlərəsmi start götürdü.

 

Cocuq Mərcanlı isti ocağı xatırladır....

 

Bakıdan Cocuq Mərcanlıya xeyli yol var. DüzümillətvəkiliAqilAbbasıntarixisöhbətləribiziyolunuzunluğunuhissetməyəqoymadı. Uzandıqca uzananyol və eyni zamanda Böyük Qayıdışın təməli olan Cocuq Mərcanlını görmək həvəsi sondaxoşbəxt sonluqla bitdi. Budur, CocuqMərcanlı. Cəbrayılrayonununbukəndiəzəməti, görüşünüənəsasıburdaolanvətəndaşlarüçünyaradılanşəraitiiləseçilir. Bəli. Kiçik evlərdən ibarət olan bu kənddə vətəndaşlarınnormal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Yol infrastrukturu, qaz, işıq,su və digər sosial məsələlər öz həllini tapıb. Bizim isə tədbir üçün qərarlaşdırdığımızməktəb müasir standartlara tam cavab verirdi. Məktəbin girişində ümummilliliderin büstü qoyulub və Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin təhsiləgöstərdiyi diqqət və qayğını özündə əks etdirən fotoşəkillərlə bəzədilib. Bir mərtəbədənibarət məktəbdə sinif otaqları elə təmir olunub ki, vallah qapıdan içəri girəndəadam istəyir ki, ayaqqabısını çıxarsın. Beləcə birincilər, ikincilər və ümumi məktəbheyəti bizim gəlişimizi gözləyirmiş kimi dəhlizə doluşdular. Səmimi söhbətbaşladı...

Səfərin təşkilatçısı olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF)prezidenti, MŞ-nın sədr müavini Umud Rəhimoğlu (Mirzəyev) Cocuq Mərcanlıya vaxtaşırıbelə səfərlərin təşkil olunmasının vacib əhəmiyyət daşıdığını bildirdi. O qeydetdi ki, tanınmış ziyalıların gəlişi məktəbin gələcək fəaliyyətinə öz müsbət təsirinigöstərəcək. Cocuq Mərcanlının ölkə başçısının sərəncamı ilə ən qısa zamandayüksək səviyyədə yaşayış məntəqəsinə çevrildiyini bildirən cənab Rəhimoğlu,arzu etdi ki, ən qısa vaxtda prezident tərəfindən oxşar sərəncam işğal altındaolan digər bölgələrimiz, o cümlədən onun doğulub boya-başa çatdığı, bir hissəsihələ də işğal altında olan Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi barəsində dəverilsin.



Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov ötən ilin aprelində Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarından sonra öz normal həyat məcrasına qayıdan Cocuq Mərcanlıda bu gün ölkə Prezidentinin bilavasitə diqqəti və nəzarəti ilə salınan yaşayış massivi, infrastrukturun, həm də Qarabağa qayıdışın bir əlaməti olduğunu qeyd etdi. Kənd sakinlərinə müjdə verən MŞ-nın sədri yaxın gələcəkdə Şuranın Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə Cocuq Mərcanlıda Media Mərkəzinin yaradılmasını nəzərdən keçirdiklərini bildirib: "Biz istəyirik ki, bu bölgəyə, bu kəndə gələn yerli və xarici qonaqlar, jurnalistlər məlumatları vahid mərkəzdən alsınlar. Bu mərkəz hər cür vasitələrlə təmin olunsun". Millət vəkili Aqil Abbas isə Cocuq Mərcanlı məktəbinin bütün müəllim-şagird heyətinin ön cəbhənin əsgərləri olduğunu söyləyib: "O yüksəkliklərdə sizi qoruyan əsgərlərimiz sizi yanlarında gördükləri üçün daha əzmli, daha güclü olurlar." BDU-nun professoru Cahangir Məmmədli isə bu gün məktəbdə şagird kimi təhsil alan uşaqların hamısını tələbə kimi universitetdə gözlədiyini bildirdi. Qeyd etdi ki, bu məktəbdə oxumaq, bu kənddə yaşamaq qədər fədakarlıq nümunəsidir. Məktəblilər qarşısında çıxış edən BDU-nun Professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli, media rəhbərləri Mətbuat Şurası idarə heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "İki sahil" qəzetinin Baş redaktorun 1-ci müavini İsmayıl Hacıyev, "Region+" jurnalının baş redaktoru Namiq Mayılov, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal və nümayəndə heyətinin digər üzvləri məktəbin kollektivinə öz arzu və istəklərini çatdırdılar.




Cocuq Mərcanlıdakı məktəblə tanış olan nümayəndə heyəti ora bir çox kitablar hədiyyə edib. Həmin kitablardan bəziləri nümayəndə heyətinin tərkibində olan müəlliflər tərəfindən yazılıb və məktəbin müəllim və şagird heyətinə təqdim olundu.

Onu da qeyd edək ki, məktəbdə ümumilikdə 60-dan çox şagird  təhsil alır. Burada kitabxana, hərbi otaq və digər sinif otaqları bütün ləvazimatlarla bəzədilib. Məktəb direktorunun verdiyi məlumata görə, hətta yaxın kəndlərdən də burada oxuyan şagirdlər var. Eyni zamanda Bakının bir şıra şəhərlərindən olan müəllimlər burada işləmək üçün könüllü gəlirlər.

Səfər çərçivəsində millət vəkili Aqil Abbasla məktəb direktorunun dialoqu diqqətimi çəkdi. Kitablarını məktəbin müəllim heyətinə paylayan yazıçı  gələn səfərlərdə 1 saatlıq Ədəbiyyat dərsini  tədris etmək niyyətində olduğunu bildirdi. Sonra şagirdlərlə fərdi qaydada söhbət edən Aqil Abbas onlara dərslərində müvəffəqiyyətlər arzuladı.

Səfərlə bağlı geniş yazılarımız olacaq. Bu üzdən bizi izləməyə davam edin.

Ədil Ədilzadə

Bakı-Cocuq Mərcanlı-Bakı