CNN telekanalının qurucusu vəfat etdi
Amerikalı iş adamı, CNN telekanalının qurucusu Ted Terner 87 yaşında vəfat edib.
Adalet.az xəbər verir ki, bu barədə telekanal Ternerin "Turner Enterprises" şirkətinin relizinə istinadən xəbər verib.
"Ted işinə dərindən bağlı və sədaqətli lider, cəsur, qorxu bilməyən və həmişə öz intuisiyasına və mühakiməsinə etibar etməyə hazır olan bir insan idi. O, CNN-in ilham mənbəyi idi və həmişə belə qalacaq", - CNN Worldwide-ın direktorlar şurasının sədri Mark Tompson bəyan edib.
Qeyd edək ki, Ted Terner 1938-ci il noyabrın 19-da ABŞ-ın Ohayo ştatının Sinsinati şəhərində reklam agentliyinin sahibinin ailəsində anadan olub. 1980-ci ildə o, CNN (Cable News Network) sutkasının 24 saatı yayımlanan informasiya kabel telekanalını yaradıb, onun əsas xüsusiyyəti xəbərlərin operativ ötürülməsi, sonradan isə xəbərlərin real vaxt rejimində yayımlanması olub.
Digər Xəbərlər
17 Iyun 2026 19:00
Ukraynadan unikal "Aşan" əməliyyatı: 800 zirehli texnika məhv edildi
17 Iyun 2026 18:50
Rusiya Ukraynanın itkilərini yenilədi
17 Iyun 2026 18:32
Yaşar Güler NATO-nun toplantısında iştirak etmək üçün Brüsseldə səfərdədir
17 Iyun 2026 18:26


Bakı -°C

