adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Iyul 2017 12:32
7689
DÜNYA

CNN – Rusiya Talibanı silahlandırır

CNN telekanalı Rusiyanın«Taliban» terror təşkilatına silahlar göndərməsi barədə təsdiq olunmuş məlumat almasını bildirib.

Söhbət Əfqanıstanınşimalında və qərbində yerləşən ayrı-ayrı qruplaşmalar tərəfinin verdiyi məlumatlardangedir. Onlardan biri təsdiq edir ki, silahlar İran ərazisindən keçirilməklə Rusiyanümayəndələri tərəfindən onlara İŞİD-lə mübarizəaparmaq üçün göndərilib. Digər qruplaşma isə silahları ruslardan Tacikistan sərhəddindəGündüz məntəqəsi ərazisindən aldıqlarını bildirib.

Rusiya Xarici İşlərNazirliyi CNN-nin yaydığı bu məlumatla bağlı açıqlama verməkdən boyun qaçırıb vəyalnız bildirib ki, bu xəbərlər ABŞ və NATO-nun Əfqanıstandakı uğursuzluqlarınıört-basdır etmək üçün yayılan növbəti yalanlardı.

ABŞ və Rusiya bir-birlərihaqqında tez-tez terror təşkilatlarını silahlandırmasıyla bağlı bəyanatlarla çıxışedir. Sonradan hər iki tərəf bu faktlarıtəkzib etməyə çalışsalar da cidanı çuvalda gizlətmək olmur. İstər İŞİD, istər Taliban, istərPKK terrorçuları ABŞ və Rusiyanın istehsalı olan müasir silahlardan istifadə etməsifaktları göz qabağındadı. Onda sual olunur: bu terror təşkilatları müasir ABŞ vəRusiya silahlarını hardan alırlar?

Rüstəm HACIYEV