adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Noyabr 2018 12:58
12979
MƏMLƏKƏT

«CİP» ARXADA DAYANMIŞ AVTOBUSA ÇIRPILDI - Faiq QİSMƏTOĞLU yazır

Noyabrın13-də səhər saat 10:00 radələrində Yeni Günəşlidən metronun «Xalqlar dostluğu» stansiyasınadoğru hərəkət edən 50 nömrəli marşrutda yol gəlirdik. İki-üç dayanacaq gedəndənsonra birdən elə oldu ki, sürücü növbəti dayanacaqda avtobusu saxladı. Sərnişinlərdənbir neçəsi həmin avtobusa mindi. Hələ avtobus yerindən tərpənməmişdi və sərnişinlərdə minməkdə davam edirdi. Bu vaxt qarşıda geri hərəkət edən ağ rəngli «CİP» markalı90 GP 741 nömrəli maşının sürücüsü onu geri verərkən avtobusa çırpdı. Güclü zərbədənavtobus necə silkələndisə, salondakılar da həyəcanlandı. Bu sətirlərin müəllifidə arxa tərəfdə əyləşdiyindən hələ nə baş verdiyini hiss etmirdi. Avtobusda olanbir nəfər oğlan dedi ki, yəqin xanım sürücüdü. Xam olduğuna görə, maşını avtobusaçırpdı.

Birneçə dəqiqədən sonra avtobusun salonundakı sərnişinlər yerə düşdülər. Gördük ki,yox, «CİP» markalı 90 GP 741 nömrəli maşını idarə edən xanım yox, kişidi. O da başladıavtobus sürücüsünü qınamağa ki, sən burda durmasaydın, maşını avtobusa çırpmazdım?!


Qəribədirki, sürücü həm də deyirdi ki, mən burda olanda maşın yox idi. Maşını geri verəndəgördüm ki, avtobus dayanıb. Görün minik maşınının sürücüsü nə qədər məsuliyyətsizdirki, avtomobili arxaya verərkən geri baxmır və qəza törədir. Bəlkə heç avtobus olmayaydı, hər hansı piyada olaydı. Deməli,piyada olsaydı belə, minik avtomobilininsürücüsünün səhlankarlığı üzündən maşın onu vuracaqdı.

Maşınınətrafına avtobusdan düşən sərnişinlər toplaşmışdı. 50 nömrəli marşrutda işləyən90 VL 687 nömrəli avtobusun sürücüsü isə şoka düşmüşdü. Yazıq bilmirdi nə eləsin.Avtobusda olan 50-dən çox sərnişinin hamısı avtobus sürücüsünü müdafiə edirdi vədeyirdi ki, sənin heç bir günahın yoxdur. Sən dayanacaqda durmusan, sərnişin götürürsən,minik maşını da arxadan sənə çırpılıb. Sərnişinlər nə illah eləsə də, minik maşınınınsürücüsünü anlada bilmirdilər.


«CİP»markalı 90 GP 741 nömrəli maşını idarə edən sürücü isə iki ayağını bir başmağa dirəyibdeyirdi ki, məndə heç bir günah yoxdur, günah avtobus sürücüsündədir. Hər halda,vaxtımız olmadığına görə, hadisə yerinə yol polisinin gəlməyini gözləyə bilmədik.Çünki yol polisi əsl həqiqətin üzə çıxmağına aydındır ki, həmişə səy göstərib. Ancaqsadəcə, sərnişinlər hal şahidi kimi ifadə versəydilər, avtobus sürücüsünün günahsızlığıdaha asanlıqla sübut oluna bilərdi.


Eləbiz də gördüyümüz həqiqəti qələmə aldıq ki, yol polisi hadisəni araşdırarkən əslhəqiqətin necə baş verdiyini görə bilsin. Hər halda, kimin haqlı, kimin haqsız olmasınıpolisin apardığı araşdırmadan sonra bilmək olacaq.