adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Sentyabr 2014 13:35
12404
GÜNDƏM

Cinsi azlıqları fəallaşdıran səbəblər

Ötən əsrin sonlarında baş vermiş cinsi azlıqların inqilabından sonra,əslində ta qədimdən bəri mövcud olan eynicinsli münasibətlər açığa çıxarılmağabaşladı. Bu məsələnin niyə gün işığına çıxarıldığı, sözügedən inqilabın özühaqqında sosioloqlar, psixoloqlar, ümumiyyətlə peşəsinə aid oldu-olmadı istəniləndüşüncə sahibi fikir söylədi. Ənənəvi cinsi ilə razılaşmayan azlıqları "xəstə”, "fərqli”, "müstəqilseçim hüquqlu”, "üzdəniraq”  və.s kimisöz ehtiyatımızda olan-olmayan ifadələrlə səciyyələndirdilər. İctimai qınaqçoxluq təşkil etsə də bu hərəkata onun təsiri yel qayadan apara biləcəyi qədəroldu. Və nəhayət cinsi azlıqlar özlərini cəmiyyətə qismən də olsa qəbuletdirib, normal münasibətə yaxınlaşa bildilər. İndi hər birimizin işlədiyimiz,yaşadığımız, oxuduğumuz yerlərdə dəyişik oriyentasiyalı tanıdıqlarımız var,buna görə onları gizli-aşkaq qınasaq da, hər halda "gözün üstə qaşın var”demirik.

Amma dəmirə düşmüş pas əvvəl-axır dəmiri tamamilə "yediyi” kimi, cəmiyyətdəolan bu "fərqli”lər artıq artmağa, yayılmağa başlarsa, o dəmir əlbəttə ki,çürüməyə məruz qalacaq. Sonucda isə məşhur tamaşada deyildiyi kimi,  çürüntülü "cəmiyyətimizturş dadmağa” başlayacaq.   

Həyəcan siqnalının düyməsinə əlimi uzadanlardan biri kimi deməliyəmki, son zamanlarda cinsi azlıqların fəallaşması, onların məlum inqilablarındanbu yana ən aktiv günlərini yaşayır. Son bir həftədə Azərbaycanda iki eynicinslicütlüyün münasibətlərinə nişan və toy mərasimi ilə "ad verməsi”, onların dahasıx bir araya gəlməsini müşahidə etdik. Əvvəlcə qeyri-ənənəvinişan mərasiminin təşkil edilməsi barədə xəbər yayıldı. Belə ki, Nəfəs LGBT(lezbiyan, gey, biseksual, transeksual) Azərbaycan Alyansının prezidenti AtillaBəy Cavid eynicinsli "sevgilisi” ilə nişanlandığını şəxsi facebook səhifəsində bəyanetdi.  Onun kimi cəmiyyəti "homofob”adlandıran digər cütlüyün "xeyir iş” xəbəriisə balıqçıdan gəldi. Yox, bu Puşkinin balıqçısı olmasa da, toruna qızıl balığısalıb arzularından birini, bəlkə də ən böyüyünü həyata keçirəbilib– eynicinsli sevgilisi ilə toyeləməyi planlaşdırır. "Qızıl balıq” isə 23 yaşlı Nigar adlı qızdır.Təxminən 30 yaşı olan Samirə adlı qadın onu qaçırıb və 3 aya yaxındır birgəyaşayandan sonra toy etmək qərarına gəliblər. Samirə Nabranda balıqçılıqlaməşğuldur və hər kəs onu "balıqçı Samirə” kimi tanıyır.

Sevgidə cins tanımayanlardan bir xəbər də elə ötən gün Türkiyədən gəldi.Ekin Kəsər və Əmrullah Yavuz adlı oğlanlarsentyabrın əvvəlində toy eləsələr də, bu toyun səsi ötən gün çıxıb (həm də azərihəmfikirlərinin toy-nişan günlərində!) 

Maraqlıdır ki, bənzər xəbərlər məhz bu ay sürətlə yayılmağa başlayıb.Bilmirəm,bu fəsil dəyişimindəndimi, Payız romantikasıdımı, hər halda sentyabr homoseksuallar üçündüşərli olub. (məhsul bolluğu fəslidir axı!)

Elə qardaş Türkiyəylə bağlı daha bir xəbər də diqqətimi çəkdi: deməli,Türkiyənin Manisa bölgəsindəki kəndlərdən birində qadın paltarında gəzən vəxalq arasında "Ehsan xala” adı ilə tanınan kişidən söz açılır. Elə hərtərəfliqadın işləriylə (cinsi, fiziki, məişət) məşğul olan bu kişi haqqında danışılarkən, yerli camaatın onu necəsevdiyini, ailələrinin üzvü olduğunu, bir sözlə "xalanın həmin kənddə mövcudluğundan"mutlu” olduqlarını dilə gətirirlər.

Qaynar su vedrəsi effekti verən daha bir məlumat isə Rusiyadan gəldi.Elə cinsi azlıqların tərəfində olan bəzi cinsi çoxluqların vasitəsiləRusiyadakı homoseksualların manifesti ortaya atıldı. Manifestdən çox hədə-qorxuyabənzəyən bu yazılı müraciətdəki bəzi abzasları diqqətinizə çatdırıram:  

"Biz dünyanı dəyişəcəyik: homoseksuallar haqqında şeirlər, romanlaryazılacaq, mahnılar bəstələnəcək, filmlər çəkiləcək. Yeni nəsil orta və aşağı təbəqətanımayacaq. "Mavi qanlı” kübar homoseksuallar dünyanı idarə edəcəklər. Dini məbədlərləğv ediləcək. Tək allahımız simvolik gənc və gözəl kişi olacaq. Bizə qədərolan tarixdən hetereseksual üstünlük silinəcək. Qalib biz olacağıq”. (P.S Bu hələtəmizlənmiş, "abıra salınmış” bir hissədir.)

Digər Xəbərlər