“CinemaPlus”da “Dalgalar və izler” türk dramasının nümayişi başlayır - VİDEO
“CinemaPlus” kinoteatrlar şəbəkəsində 27 yanvardan “Dalgalar və izler” türk dramasının nümayişi başlayır.
Həyat yoldaşının ölümündən sonra Suna və qızı Fundanın həyat imtahanı başlayır. Sunanın bacısı, kobud anası onların yaralarını sağalda bilməz. O, əşyalarını sataraq sağ qalmağa çalışır. Dalğalar ana və qızın pis izlərini silməyə kifayət edəcəkmi?
“Dalgalar və izler” kimi olan filmlərə baxanda özünüzə sual verirsiniz ki, niyə bir-birinin ardınca həll olunmamış faciələri əks etdirən ağır dram filmləri çəkilir. Bu film qadınlara qarşı zorakılığa sosial diqqət cəlb etmək üçün çəkilib. Qısa müddətdə Sunaya ömürlük problemlər yaranır. Film dəbdəbəli evdə zorakılıq səhnələri ilə başlayır. Kadrda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan Suna və onun qızıdır. Yoldaşını itirən qəhrəman qızı ilə birlikdə səyahətə çıxır. Filmdə yoldaşının hansı səbəbdən öldüyü kimi mövzular yoxdur...
Dalğalar və izlər Suna və qızı xoşbəxt olmaması üçün qarşısına daim maneələr qoyan bir labirintini xatırladır. Və bu labirint oyunu filmin sonunda göstərilir.
Filmin rejissoru Emre Kavuk. Baş rollarda Pelin Karahan, Cem Zeynel Kılıç və Meral Çetinkaya. Müddəti 120 dəqiqə. Yaş həddi 16+
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Digər Xəbərlər
31 Dekabr 2025 09:33
Afaq Bəşirqızı: Atam dedi ki, səni öldürüb sonra öləcəyəm - VİDEO
30 Dekabr 2025 17:22
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq
29 Dekabr 2025 14:09
"SOLMAYASAN" - VİDEO
26 Dekabr 2025 19:50
“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib - FOTOLAR
26 Dekabr 2025 12:28
2-ci APFM AWARDS mükafatlandırma mərasimi keçirilib - FOTOLAR
23 Dekabr 2025 13:46
Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
23 Dekabr 2025 13:36
Təqaüdçü aktyorlar niyə diqqətdən kənar qalıb?- SORĞU
20 Dekabr 2025 18:55


Bakı -°C

