Çində torpaq sürüşməsi: 30 insan itkin düşdü
Çinin Siçuan əyalətində torpaq sürüşməsi baş verib.
Adalet.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Nəticədə 30-dan çox insan itkin düşüb, 10 ev isə dağılıb.
Çin sədri Si Szinpin itkilərin qarşısını almaq üçün bütün mümkün tədbirlərin görülməsi barədə göstəriş verib.
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


Bakı -°C

